• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ və NATO-nun Türkiyəyə hücum planının ŞOK DETALLARI ÜZƏ ÇIXDI: Ərdoğanı devirəcəklər və...

ABŞ və NATO-nun Türkiyəyə hücum planının ŞOK DETALLARI ÜZƏ ÇIXDI: Ərdoğanı devirəcəklər və...
23.07.2019 14:14
"S-400 məsələsində Türkiyəni küncə sıxışdırmaq, Şərqi Aralıqda hərəkətə keçməyimizi əngəlləmək, Fəratın şərqində əməliyyatın qarşısını almaq, 15 iyulun intiqamını almaq üçün içəridə bir cəbhə qurulub”.

Publika.az xəbər verir ki, bu barədə "Yeni Şəfəq” qəzetinin yazarı İbrahim Karagül yazıb.

Onun sözlərinə görə, Ərdoğanı devirmək və Ərdoğandan sonrasını dizayn etmək üçün siyasi cəbhə yaradılıb.

"Bütün ərəb dünyasında anti-Türkiyə fırtınasının yaradılması da bu planın bir parçasıdır. İqtisadiyyatımızı yenidən qlobal maliyyə baronlarının əlinə keçməsini təmin etmək istəyirlər. Qurulan cəbhə Türkiyəni yenidən ABŞNATO çətiri altında həbs etməyə, bu coğrafiyada dağıdıcı planların həyata keçirilməsinə xidmət edir. Ehtiyat qüvvələr səfərbər edilib, siyasətdən iqtisadiyyata, təhlükəsizlik məsələlərindən ictimai psixologiyaya qədər genişmiqyaslı müdaxilə planının icrasına başlanılıb. Bu ölkədə heç bir məsələ daxili məsələ deyil. Suriya müharibəsində Türkiyə öz istəyini sona qədər həyata keçirməsi daxildəki cəbhəni məğlubiyyətə uğratdı. Lakin indi ABŞ və bölgədəki ortaqları yeni planı işə salırlar. Bunun üçün xüsusilə Ərdoğanın və Türkiyənin milli mövqeyinin aradan qaldırılması lazımdır. Daxildə Ərdoğana qarşı siyasi cinah quranlar bu planda yer alırlar. Bu qüvvələr nə S-400, nə Şərqi Aralıq, nə Suriya, nə də digər məsələlərdən danışır, bütün fəaliyyətləri Ərdoğana qarşı düşmənçilik etməkdir. Hədəf Türkiyənin önünü kəsməkdir, daxildəki cəbhə də Qərbin müdaxilə ssenarilərinin arxasında özlərinə siyasi gələcək müəyyənləşdirməyi düşünürlər”, - deyə o bildirib.

İ.Karagül qeyd edir ki, yaxın zamanda Türkiyəni NATO üzərindən vurmağa başlayacaqlar: "ABŞ və Avropa mediası "Türkiyəni NATO-dan çıxarmaq və cəzalandırmaq lazımdır” deyə yazırlar, sonra da "Yox, gözləyək, Ərdoğandan sonrasına görə hərəkət edərik” deyə qeyd edirlər. Ərdoğanı devirəcəklərinə işarə vururlar. Yaxın zamanda daxildə də eyni sözlər təkrarlanacaq. Türkiyəyə yeni müdaxilə hazırlığı var”.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol