• $
  • €
  • ₽
  • ₺
  • £

BQXK-dan Qarabağ itkinlərilə bağlı yeni addım

BQXK-dan Qarabağ itkinlərilə bağlı yeni addım
02.09.2014 10:09
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş 4500-dən çox şəxsi qeydiyyata alıb. Bu barədə ANS PRESS-ə Komitənin Azərbaycan nümayəndəliyindən məlumat verilib.BQXK 30 avqust - Beynəlxalq İtkinlər Gününü qeyd etməklə, beynəlxalq ictimaiyyəti itkin düşmüş şəxslərin faciəsi və onların ailələrinin ağır vəziyyəti barədə daha çox məlumatlı olmağa çağırır. Dünyanın hər bir hissəsində yüz minlərlə insan silahlı münaqişə, təbii fəlakət və ya miqrasiya nəticəsində itkin düşüb. İtkin düşən hər bir şəxs özündən sonra qeyri-müəyyənlik hissindən əziyyət çəkən çox sayda insanı - xüsusilə də ailəsini qoyub gedir.Bərdədə keçirilən anım mərasiminin açılışında Bərdə Sub-nümayəndəliyinin başçısı Nikola Lambert deyib: "BQXK hökumət orqanlarını itkin düşmüş şəxslərin talelərini aydınlaşdırmaq cəhdlərində dəstəkləməyə və hələ də itkinləri barədə bir xəbər gözləyən ailələrə kömək etməyə davam edir. BQXK üçün itkin ailələrinə dəstək göstərmək prioritet məsələdir və BQXK həmin ailələrin ehtiyaclarının qarşılanmasına kömək etməyə çalışır. BQXK itkin ailələrinin üzvlərindən könüllülər seçib, sosial işçi kimi işləmələri üçün onlara təlimlər keçib. Beləliklə, könüllülərin və yerli tərəfdaş QHT-lərin müvafiq qabiliyyət və bacarıqlarını artırmaqla, ailələrin yaşadıqları qeyri-müəyyənliyin öhdəsindən gəlməyə və onların müvafiq müəssisələrə yönləndirməklə çoxtərəfli ehtiyaclarını qarşılamağa kömək etmələrini təmin edib".2014-cü ildə itkin düşmüş şəxslər barədə məlumat toplanılmasında yeni bir addım atılıb, yəni Azərbaycan hökuməti ilə birgə yeni layihənin pilot mərhələsinə başlanılıb. Azərbaycan hökumət nümayəndələrinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və digər tərəfdaşların iştirak etdiyi Bakıdakı anım mərasimində BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Deniz Duran deyib: "İtkin şəxslərin yaxın qohumlarından toplanılacaq bioloji nümunələr itkinlər barədə artıq toplanılmış ətraflı məlumatları tamamlayacaq".Tədbir zamanı itkin düşmüş şəxslərin ailə üzvləri tədbir iştirakçıları ilə öz hekayələrini bölüşüb və ən böyük ehtiyaclarının əzizlərinin talelərinin aydınlaşdırılması olduğunu vurğulayıblar.BQXK Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən fəaliyyət göstərir və humanitar, neytral və bitərəf təşkilat olaraq münaqişə qurbanlarının əzab-əziyyətini yüngülləşdirməyə çalışır.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol