• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənovdan zabitlərə əsgərlərlə bağlı tapşırıq

Zakir Həsənovdan zabitlərə əsgərlərlə bağlı tapşırıq
30.08.2014 10:49

"Biz çalışmalıyıq ki, Silahlı Qüvvələrimizin şəxsi heyətinin qarşısına qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirlməsində hər bir zabit üzərinə düşən məsuliyyəti dərindən başa düşsün və öz vəzifə borcunu yerinə yetirsin". Lent.az-ın məlumatına görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov dünən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində şəxsi heyətlə iş üzrə bölük komandiri müavinlərinin təkmilləşdirmə kursunun ilk məzunları ilə görüşündə bildirib. O qeyd edib ki, ordumuzun mühüm döyüş vəzifəsinin icra edilməsində şəxsi heyətin mənəvi-psixoloji hazırlığı da az əhəmiyyət daşımır və bu sahəyə cavabdeh olan zabitlər məsuliyyət hissini daha dərindən hiss etməlidirlər. "Məncə, şəxsi heyətin döyüş ruhunu artırmaq üçün bölüklər səviyyəsində bu vacib işə cavabdehlik daşıyan zabitlərin fərdi hazırlığına ciddi fikir verilməlidir. Ümumiyyətlə, hər bir zabit öz hərbi biliyi, davranışı və əxlaqi keyfiyyətləri ilə şəxsi heyətə nümunə olmalıdır. Şəxsi igidlik nümunələri göstərən hərbi qulluqçular hamıya örnəkdir. Məsələn, bu yaxınlarda cəbhənin müxtəlif istiqamətlərində düşmənin təxribat xarakterli cəhdlərinin qarşısının alınmasında bəzi hərbi qulluqçularımız xüsusilə fərqlənmişdilər. Belə qəhrəmanlıq nümunələri başqa hərbi bölmələrin şəxsi heyətinə də təbliğ edilməlidir".

 

Müdafiə nazirinin sözlərinə görə, müasir mərhələdə Azərbaycan dövlətinin artan siyasi-iqtisadi uğurları, daxili və xarici siyasətimizdə qazanılan genişmiqyaslı nailiyyətlər ölkədə bütün sahələrin, həmçinin ordu quruculuğunun inkişaf etdirilməsinə möhkəm zəmin yaradır.  "Bu gün dövlət rəhbərliyi, şəxsən Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən orduya böyük diqqət və qayğı vardır. Həm Silahlı Qüvvələrimizin bölmələri müasir silah və hərbi texnikalarla təmin edilir, həm də hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Hər kəs yaxşı bilməlidir ki, bu gün ordumuzun şəxsi heyətini qarşıda duran mühüm vəzifənin icrasına torpaqlarımızın işğaldan azad edilməsinə səfərbər etmək qarşımızda dayanan ən mühüm vəzifədir. Bu baxımdan şəxsi heyətin təlim-tərbiyəsinə cavabdehlik daşıyan komandir və zabitlərin üzərinə böyük məsuliyyət düşür. Orduda önəm verilən əsas şərt gənc döyüşçülərin milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsidir. Bu məqsədlə şəxsi heyətin şüuruna dövlətin və xalqın mənafeyini müdafiə etmək hissləri aşılanmalıdır. Hər bir gənc döyüşçü hansı amal və məqsəd uğrunda xidmət etdiyini, mübarizə apardığını dərindən dərk etməlidir".

 

Nazir onu da bildirib ki, əsgər heyəti ilə aparılan təlim-tərbiyə prosesində ən müasir üsullardan istifadə edilməlidir. "İlk növbədə qeyd etmək istərdim ki, əsgərin tərbiyəsinə cavabdehlik daşıyan zabit bütün mənəvi-əxlaqi keyfiyyətləri ilə hərbi kollektivdə nümunə olmalıdır. Xalqımızın illərdən bəri üzləşdiyi münaqişənin mahiyyəti şəxsi heyətə izah edilməli və doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizənin bizim ədalətli işimiz olduğu aşılanmalıdır. Yəni əsgərlərimizin müharibəyə hazır olmasının əsas zərurəti yalnız xalqımızın ədalətli mübarizəsindən - doğma torpaqlarımızı işğaldan azad etmək zərurətindən irəli gəlir. Əgər işğalçı dövlət ölkəmizin ərazi bütövlüyünün sülh yolu ilə təmin olunmasına razılaşmayacaqsa, onda Azərbaycan hərbi yolla bu məsələnin həllində israrlı olacaq."

Musavat.com

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol