• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyevdən sərt bəyanat - VİDEO

İlham Əliyevdən sərt bəyanat - VİDEO
29.08.2014 19:22
"Düşmənə layiqli cavab verilməsi Ermənistanda ciddi təşviş yaradıb" Cəbhə xəttində gərginliyin başlamasından ikinci dəfə cəbhə bölgəsinə səfər edən prezident Ali Baş Komandan İlham Əliyevin bu gəlişi də sərt bəyanatları ilə yadda qaldı. Ölkə başçısı cəbhə xəttində Azərbaycan ordusunun layiqli cavabından qarşı tərəfin təşvişə düşdüyünü vurğulayıb. Azərbaycan ərazi bütövlüyünü tezliklə bərpa edəcək. Prezident İlham Əliyev Beyləqanda ictimaiyyət nümayəndələri və gənclərlə görüşündə deyib ki, işğalçı dövlətin atəşkəsi pozması nəticəsində düşmənə layiqli cavab verilməsi Ermənistanda ciddi təşviş yaradıb. Son hadisələr Ermənistandan əhalinin tərk etmək prosesini sürətləndirib.  Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsilə bağlı mövcud vəziyyətdən danışarkən işğal olunmuş torpaqlarımızın tez bir zamanda azad ediləcəyindən əminliyini vurğulayıb. Azərbaycanın artan iqtisadi, hərbi və digər sahələrdə Ermənistanla müqayisəyə gəlməz gücü buna tam imkan verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözlərinə görə, virtual cəhətdən biz güclüyük, üstünük bütün sahələrdə özünü biruzə verir. 

İyulun sonu avqustun əvvəlində qoşunların təmas xəttində yaranan gərginlikdən sonra bu Ali Baş Komandanın cəbhə bölgəsinə olan ikinci səfəridir. Bundan əvvəl Ağdamda ön cəbhədə olan dövlət başçısı hərbçilərlə görüşmüş, Müdafiə Nazirliyinin yüksək rütbəli şəxslərinin iştirakı ilə operatvi müşavirə keçirmişdi.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol