• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərdən Azərbaycana dəstək

Ermənilərdən Azərbaycana dəstək
10.08.2019 10:03
Türkiyə erməniləri Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində təşkil etdikləri və avqustun 5-də açılışı olan "panerməni oyunlarına” qatılmaqdan imtina edib. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, həmin oyunlara qatılmağa hazırlaşan 300 nəfərlik heyət yarışların Yerevanda deyil, işğal altındakı Dağlıq Qarabağda keçiriləcəyini öyrənən kimi boykot qərarı veriblər. Və Yerevandakı otel və bilet rezervasiyalarını ləğv ediblər.

1999-cu ildən etibarən hər dörd ildən bir təşkil olunan "panerməni oyunları” indiyə qədər Yerevanda keçirilirdi və Türkiyə erməniləri də həmin yarışlara qatılırdı. Lakin bu dəfə oyunların Yerevanda nəzərdə tutulduğu halda Dağlıq Qarabağda keçirilməsi Türkiyə erməniləri tərəfindən etirazla qarşılanıb.

"Şişli” və "Taksimspor” idman klubarından 70 həvəskar idmançı da daxil olmaqla 300 nəfərdən ibarət olan Türkiyə erməniləri heyəti son anda bu yarışlara qatılmamaq qərarı verub. Erməni Olimpiadaları İstanbul Komitəsi başqanı Hayqaram Karasu "Milliyet” qəzetinə açıqlamasında belə deyib:

"Olimpiadanın Yerevan əvəzinə Qarabağda keçirilməsi canımızı sıxdı. 70 idmançı olmaqla 300 nəfərlik heyətlə Yerevanda rezervasiyalarımızı etdirmişdik. Bu ilki açılış mərasimi üçün geyimlərimizi belə hazırlatmışdıq. Ancaq Ermənistan Olimpiya Komitəsinin qərarı bizim mövqeyimizə uyğun gəlmədiyindən turnirlərə qatılmamaq qərarı aldıq”.

Hayqaram Karasu deyib ki, Dağlıq Qarabağın seçilməsi siyasi qərardır. O, hər dəfə Yerevanda keçirilən oyunlara qatılaraq İstanbulu təmsil etdiklərini xatırladıb. Bildirib ki, Türkiyə ilə Azərbaycan arasında diplomatik böhrana yol aça bilən bir bölgədə idman yarışları təşkil etmək artıq idman fəaliyyəti olmaqdan çıxır və siyasi addımdır.

"Bizlər də bu ölkənin vətəndaşlarıyıq və müəyyən cizgilərimiz var. Azərbaycanlı dostlarımızı məyus edən diplomatik problem varsa biz bu işin içində olmarıq. Türkiyə vətəndaşları olaraq Qarabağa getməyin yanlış olduğunu düşünürük”,-o bildirib.

Erməni Olimpiadaları İstanbul Komitəsinin üzvü, "Taksimspor” klubunun başqanı Garo Hamamcıyan isə deyib ki, onlar boykot qərarını hansısa təzyiq və ya xəbərdarlıq nəticəsində verməyiblər. "Tamamilə öz seçimimizdir və bu yarışlara qatılmaqdan imtina etdik. Qarabağ məsələsi həssas məsələdir. Olimpiadaların gözəlliyi onun rəsmi keçid mərasimidir. Bizə dedilər ki, rəsmi keçid mərasiminə qatılmayın, amma oyunlarda iştirak edin. Bu da qəbuledilməzdir”,-Hamamcıyan əlavə edib.

Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ramil Qurbanov da məsələyə münasibət bildirib. Deyib ki, işğal altındakı ərazilərdə bu kimi tədbirlərin keçirilməsi beynəlxalq hüquqa ziddir. "Əgər Türkiyədən iştirak edən olsaydı bu Türkiyə-Azərbaycan münasibətlərinə qarşı təxribat kimi dəyərləndirilərdi”,-o deyib.

Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev isə deyib ki, Ermənistanın yarışları Qarabağda keçirməsi idmanın siyasətə alət edilməsidir. Bu isə həm Azərbaycan, həm Türkiyə tərəfindən qəbuledilməzdi.

"Türkiyədəki erməni vətəndaşların yarışlara qatılmamas doğru addımdır. Amma istəsələr də Qarabağdakı yarışlara qatıla bilməzdilər. Türkiyənin buna imkan verməyəcəyini bilirdilər. Dağlıq Qarabağ XİN tərəfindən Türkiyə vətəndaşlarının səyahəti üçün bağlı elan edilən ərazidir. Bu qadağaya baxmayaraq gedən olsaydı qanunlar çərçivəsində cəzalanardı. Ermənistanın təxribatına qarşı Türkiyədəki erməni vətəndaşlarının həssas davranması müsbət haldır”,-baş konsul deyib.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol