• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda müharibə riski artdı: Patruşev “birləşmə”yə nə deyəcək

Qarabağda müharibə riski artdı: Patruşev “birləşmə”yə nə deyəcək
10.08.2019 13:42
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bazar ertəsi, avqustun 12-də Yerevana səfər edəcək.

Virtualaz.org qeyd edir ki, Patruşev prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovdan sonra Rusiyanın xarici siyasətində söz sahibi olan üçüncü şəxs hesab edilir. Bu baxımdan onun Yerevana səfəri regionda cərəyan edən son proseslər fonunda diqqəti cəlb etməyə bilməz.

Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın və onun hərbi-təhlükəsizlik sferası üzrə məsul nazirlərinin bir-birinin ardınca səsləndirdiyi avantürist bəyanatlar Qarabağda yeni, irimiqyaslı hərbi əməliyyatlar riskini kəskin artırır. Hərçənd hazırda təmas xəttində nisbi sakitlik hökm sürməkdədir, bununla belə bu sakitlik həm də tufanqabağı vəziyyəti xatırlada bilər. Çünki Paşinyanın avantürist bəyanatları danışıqlar üçün praktiki olaraq heç bir şans buraxmır və Bakını yeganə çıxış yoluna-hərbi əməliyyatlara vadar edə bilər.

Bəlli olduğu kimi Paşinyan elə hakimiyyətə gələn kimi danışıqları pozmağa yönəlmiş avantürist bəyanatlar seriyasına başlayıb. Əvvəlcə o, Dağlıq Qarabağın adından danışıqlar aparmaq mandatına sahib olmadığını bəyan etməklə xeyli müddət danışıqlar prosesi ətrafında əsəbi atmosferin yaranmasna səbəb oldu. Daha sonra hər halda danışıqlar aparmağa razılaşsa da çox keçmədən növbəti avantürist addımlarla atmosferi korlamaqda davam etdi. Məsələn, Paşinyanın yaxın tərəfdaşı-xüsusi xidmət strukturunun rəhbəri Artur Vanetsyan işğal altındakı Füzuli rayonuna səfər edib bildirdi ki, Arazboyu ərazilərin geri qaytarılmasından söhbət gedə bilməz. Əksinə, Ermənistan bu əraziləri məskunlaşdıracaq.

Yaxud müdafiə naziri David Tonoyanın Nyu-Yorkda amerikalı ermənilər qarşısında verdiyi lovğa bəyanatlar. Tonoyan deyirdi ki, ərazilərin qaytarılması barədə heç bir söhbət gedə bilməz, əksinə, Ermənistan yeni ərazilər tutmaq üçün müharibə başlaya bilər.

Nəhayət bu günlərdə Ermənistan hökumətinin Qarabağa Arazboyu ərazilərdən keçməklə üçüncü yolun çəkilməsi layihəsini elan etməsi, ardınca Paşinyanın Xankəndində "miatsum” ("birləşmə”) şüarını səsləndirib Qarabağı Ermənistan ərazisi elan etməsi əsəbləri tamamilə tarıma çəkib. Belə vəziyyət kifayət qədər təhlükəlidir və nəinki danışıqlar prosesi üçün şans buraxmır, eyni zamanda müharibənin hər an alovlanmasına gətirib çıxara bilər.

Bəs Rusiyaya bu təhlükəli vəziyyət sərf edirmi? Birmənalı olaraq demək olar ki, yox. Rusiya münaqişənin həllinə ümid etməsə də yeni müharibənin başlamasında da qətiyyən maraqlı deyil, mövcud status-kvonun qeyri-müəyyən müddətə qədər qorunub saxlanılması Moskvanın əsas prioritetidir. Deməli Paşinyanın avantürist və populist addımları Rusiyanın maraqları üçün birbaşa təhlükədir. Axı bu addımlar Azərbaycana hərbi əməliyyatlara başlamaq üçün haqq qazandırır və erməni tərəfinin münaqişəni qızışdırmaqda olduğu artıq Rusiyada da narahatlıqla izlənilməkdədir.

Bu baxımdan Nikolay Patruşevin Yerevanda aparacağı danışıqlarda Paşinyanın avantürist siyasəti ilə bağlı Moskvanın narahatlıqlarının gündəmə gələcəyi istisna deyil.

"Regnum” agentliyinin şərhində deyilir ki, Rusiya tərəfində Paşinyanın hökumətinin fəaliyyəti ilə bağlı "narahatedici suallar” toplanıb. Və Xankəndində Paşinyanın "miatsum” haqda danışması, Dağlıq Qarabağın Ermənistana birləşdiriləcəyini deməsi, üstəlik Ermənistandakı inqilabın Qarabağa da "ixrac olunacağını” elan etməsi bu suallara daxildir.

"Onun "proqram nitqi” təkcə Ermənistanın özündə deyil, onun hüdudlarından kənarda, o cümlədən Rusiyada da birmənalı qarşılanmayıb. Dakt budur ki, Paşinyanın nitqi danışıqlar prosesinə zərbədir. Üstəlik hərbi əməliyyatların başlanması riskini artırır ki, bu da özlüyündə bütün regionda destablizasiyaya səbəb ola bilər. Ona görə də Moskva Paşinyanın "inqilabi ampluada” bu qədər çox ləngiməsinin səbəblərini başa düşmək istəyir, hansı ki, onun hədəfləri danışıqlar prosesinin rekonstruksiyası halında üzə çıxa bilər”,-erməniyönümlü agentlik yazır.

Məqalədə qeyd olunur ki, Paşinyan inqilabı Qarabağa "ixrac edib” gələn il orada öz adamını hakimiyyətə gətirməyə çalışır. Onun opponentləri isə əksinə, Paşinyanın nüfuzunun getdikcə aşağı düşdüyünü görür və "küçə demokratyası” yolu ilə baş naziri hakimiyyətdən kənarlaşdırmaq üçün birləşdir. Bu isə Rusiyanın regiondakı strateji müttəfiqində vəziyyəti gərginləşdirə bilər, hansı ki, Paşinyanın siyasətinin Moskvanın xoşuna gəlib-gəlmədiyindən asılı olmayaraq Rusiya bunu istəmir.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol