• $
  • €
  • ₽
  • ₺
  • £

Fransa XİN-nin paralel reallığı - KÖŞƏ

Fransa XİN-nin paralel reallığı - KÖŞƏ
27.08.2014 18:05
Əli HacızadəDəfələrlə Fransa dövlətinin, parlamentinin, xarici işlər nazirliyinin və ayrı-ayrı siyasi xadimlərinin Türkiyə və Azərbaycana qarşı qərəzli, həqiqəti əks etdirməyən ikili standartlar prinsipinə əsaslanmış mövqeyinin və münasibətinin şahidi olmuşuq. Bu günlərdə bir daha belə münasibətin şahidi olmaq bizə nəsib oldu...Fransa Xarici İşlər Nazirliyinin rəsmisi Azərbaycan tərəfinə əsir düşmüş və vəfat etmiş erməni kəşviyyat-diversiya qrupunun üzvü Karen Petrosyan ilə əlaqədar bəyanatla çıxış edərək “Fransanın Karen Petrosyanın vəfatından təsirləndiyini, meyitinin tezliklə Ermənistana qaytarılmalı olduğunu və Petrosyanın vəfatına dair Azərbaycan tərəfinin ətraflı məlumat verməli” olduğunu bəyan etdi. Həmçinin rəsmi nümayəndə Petrosyanın ailəsinə baş sağlığı da ünvanlamağı unutmadı. Fransa dövlətinin və rəsmilərinin bu tip, ikiüzlü və qeyri-peşəkar yanaşma təbii və gözləniləndir. Fransa XİN-i, nə son vaxtlar cəbhədə yaranmış gərginlik zamanı. nə də ondan əvvəl həlak olmuş azərbaycanlı hərbçilərin ailələrinə başsağlığı vermək zərurətini hiss etməyib, habelə bu yaxınlarda Qarabağda öldürülən Həsən Həsənov da Fransanın yadına düşməyib. Lakin Karen Petrosyana gəlincə, “Fransa təsirlənib”.  Əminliklə deyə bilərəm ki, bizdə Fransanın növbəti riyakar mövqeyindən təsirlənmişik və təəssüflənmişik.Minsk qrupunun həmsədri kimi neytrallıq nümayiş etdirməli olan Fransa həmin ölkədir ki, bir vaxtlar erməni terrorçuları ilə sövdələşib, uydurma erməni soyqırımını tanıyıb, hətta bu qondarma soyqırımın inkarına görə cinayət məsuliyyətini tətbiq etmək istəyib və daha nələr, nələr... Xüsusi qeyd etmək istərdim ki, Fransada erməni terrorçularının Türkiyə və türklərə qarşı həyata keçirdiyi terror aktları məzh bu ölkənin ali siyasi rəhbərliyinin və xüsusi xidmət orqanlarının ermənilərlə sövdələşib bu tip aksiyalara göz yummaq siyasəti nəticəsində baş verib. Fransa hökumətinin erməni terrorçuları ilə dostcasına rəftarı 1983-cü ilin iyuluna kimi ASALA-nın Orli hava limanında təşkil etdiyi terror aktına gədər davam edib. Yalnız bu hadisədən sonra Fransa hökuməti erməni terror təşkilatlarına qarşı müəyyən addımlar atıb. Amma bunu “terrorizmlə mübarizə” adlandırmaq olmazdı, sadəcə bəzi nisbi tədbirlər və bir sıra həbslər həyata keçirilib. Bu terror aktına görə həbs edilmiş və ömürlük həbs cəzasına məhkum olunmuş terrorçu Varujan Karapetyan isə 2001-ci ildə azad olunaraq Ermənistana deportasiya edilib. Qeyd edim ki, 1993-cü ildə Qarabağda məhv edilmiş məşhur erməni terrorçusu Monte Melkonyan da Fransanın həbs edib sonra azadlığa buraxdığı erməni terrorçularındandır. Bütün bunları sadalamaqda məqsədim Fransanın ermənilərə və Ermənistana münasibətini göstərmək üçündür. Mən Fransanın Hin-Çində, Əlcəzairdə, habelə bir neçə il bundan əvvəl Liviyada törəydiyi cinayətləri də sadalaya bilərəm. Lakin hesab edirəm ki, yuxarıda qeyd etdiklərim kifayətdir. Belə bir ölkənin Minsk qrupunun həmsədri olması yumşaq desək, arzuolunan deyil. Fransa bu qrupun tərkibində yalnız prosesi ləngitməklə və demaqogiya ilə məşğuldur. Fransa XİN-in son bəyanatı bunu bir daha əyani şəkildə sübut etdi.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol