• $
  • €
  • ₽
  • ₺
  • £

Dağlıq Qarabağla bağlı 3 ƏSAS TƏKLİF - Paşinyanın hansı planları var?

Dağlıq Qarabağla bağlı 3 ƏSAS TƏKLİF - Paşinyanın hansı planları var?
24.08.2019 10:31
Azərbaycanın işğal edilmiş Qarabağ ərazisində Miatsum İttifaqı Qarabağ klanı ilə mübarizə üçün yaradılıb.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Paşinyanın rəhbərliyi ilə Miatsum İttifaqının yaradılmasına münasibət bildirərkən deyib. O, ittifaqın yaranma məqsədlərindən danışıb:

"Yaradılmış bu qurum alyansdır. Ermənistanda Dağlıq Qarabağla bağlı 3 əsas təklif irəli sürülür. Millətçilər, radikallar bir sözlə sağçılar çalışırlar ki, ya "miatsum” adı ilə Qarabağı Ermənistana birdəfəlik birləşdirsinlər, ya onların ikisinin ittifaqını yaratsınlar, ya da ki, Qarabağ guya indi olduğu kimi müstəqil qalsın.

Bu alyansın yaradılması isə Paşinyanın gedişidir. Çünki onun həmin bu işğal olunmuş Azərbaycan torpaqlarındakı qondarma rejimi müqabilində mövqeləri çox zəifləyib. Ona görə də Paşinyan anlayır ki, Qarabağdan özünü etibarlı şəkildə sığortalaya bilməsə, onun hakimiyyəti üzərində həmişə "Domokl qılıncı” asılı olacaq. Çünki oradakı müxalifət, bilavasitə Paşinyan və onun blokuna müxaliflik edənlər silahlı quldurlardır. Həmin o quldurlar Azərbaycan ərazilərini işğal ediblər.

2014-cü ilin avqust ayında təmas xəttində gedən döyüşlərdə Azərbaycan ordusu onları yerinə otuzdurdu. Nəhayət 2016-cı ilin aprelində 4 günlük müharibə zamanı onlar anladılar ki, Azərbaycana meydan oxumaq birdəfəlik sona çatıb.

İrəvanın mənfur qüvvələri ilə Dağlıq Qarabağda separatçı rejimi yaradanlar elə bir şərait formalaşdırdılar ki, özlərinin yaratdığı həmin rejim İrəvanı hədələyir. Ona görə də bu alyansın yaranmasının bizim maraqlarımıza elə də ciddi təsiri yoxdur. Onlar daxildə özləri bir-birləri ilə didişirlər. Paşinyan istəyir ki, Qarabağda öz adamını oturtsun. Qarabağı "azad etmiş” keçmiş quldurlar isə çalışırlar ki, özlərinin "müstəqillik”lərini qoruyub saxlasınlar. Ona görə də bu məsələdə ermənilər nə qədər bir-birlərini çökdürsələr, ümumi nəticə Qafqaz bölgəsi üçün yaxşı olacaq”.

T.Abbasov Paşinyanın Qarabağla bağlı əsas planlarından da danışıb:

"Paşinyan nə qədər ki, Qarabağ bölgəsindəki ünsürləri ram etməyib, onları tərksilah edə bilməyib, öz planını həyata keçirməyə cürət etmir. Çünki onlar istənilən vaxt qiyam qaldıra bilər. Buna görə də Paşinyan insanlara xoş gəlsin deyə onlara təlqin edir ki, mən sizin hərəkatınızı dəstəkləyirəm. O çalışır ki, sadəlövh insanları özündən küsdürməsin. Onun başqa variantı qalmayıb. Paşinyan indi çalışır ki, Qarabağ klanını tərksilah etsin, seçkilərdə öz adamlarını ora yerləşdirsin. Çünki inqilabının guya oraya da sirayət etdiyini göstərmək istəyir. Bundan sonra Paşinyanın fikri ondan ibarət olacaq ki, Azərbaycanla danışıqlara qatılsın və Azərbaycanın tərkibində Qarabağ erməniləri nisbi müstəqillik əldə etsinlər”.

Qeyd edək ki, Azərbaycanın işğal edilmiş Qarabağ ərazisində Miatsum İttifaqı təşkilatı yaradılıb. Təşkilatın qondarma rejimdəki proseslərdə aktiv iştirak edəcəyi vurğulanıb. Təşkilatın həmçinin separatçı rejimdə keçiriləcək "prezident və parlament seçkilərində" iştirak edəcəyi qeyd edilib.




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol