• $
  • €
  • ₽
  • ₺
  • £

“Nə qədər ki, Azərbaycanda rusbaşlar var, Qarabağ düyünü açılmayacaq”

“Nə qədər ki, Azərbaycanda rusbaşlar var, Qarabağ düyünü açılmayacaq”
25.08.2019 12:35
Bir müddətdir ki, mediada Azərbaycanda xeyli sayda adamın Rusiya Xüsusi Xidmət orqanlarından maaş alması barədə xəbərlər yayımlanır. 
 
Ermənişünas alim, Türkiyənin Ərciyəz universitetinin ermənişünaslıq bölümünün rəhbəri Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında bu xəbərlərə münasibət bildirib. 
 
Q.Çaxmaqlının sözlərinə görə, Rusiya elə bir dövlətdir ki, cənubi Qafqazı öz nəzarətində saxlamaq üçün bütün riçaqlarını hər zaman işə salır: "Rusiya hər zaman Cənubi Qafqazda öz adamlarını saxlamaqdadır və onlara hər zaman yardım etməkdədir. İndi də Rusiyanın Azərbaycanda 80 min adama maaş verməsi çox ciddi rəqəmdir. Bu rəqəmə insan ilk baxışdan inanmır, amma bəzi hallarda, məsələn, Azərbaycanən Türkiyə ilə münasibətlərində soyuqluq yaranan kimi Azərbaycandakı həmin rusbaşlar dərhal fəallaşırlar. Hətta mətbuatda belə, açıq şəkildə ruspərəstliklərini ortalığa qoyurlar. Bu, çox təhlükəli tendensiyadır və təəssüf ki, davam edir”. 
 
Müsahibimizin fikrincə, Rusiya Azərbaycana ona görə önəm verir ki, Azərbaycan Qafqazın ən böyük dövləti olmasa da, həmin 80 min adam hərbi bazar rolunu oynaya bilər: "Azərbaycanda rus məktəblərinin çoxluğu buna nümunə ola bilər. Ermənistanda başqa dildə məktəb açmaqla bağlı qanun dəyişikliyi ediləndə xalq küçələrə töküldü, piket keçirildi, o maddənin qəbul olunmasına imkan verilmədi. Amma biz fəxrlə deyirik ki, Azərbaycanda 400 rus məktəbi var. Bu, ölkəyə başqa bir ölkənin açıq şəkildə intervensiyasıdır. O məktəblərdə yetişən uşaqların hamısı ruspərəst olmayacaq, millilikdən çıxmayacaq, amma müəyyən bir qisminin, istər-istəməz rusa meylliliyi olacaq. Biz bunu yaşadığımız illərdə açıq şəkildə görmüşük. Görmüşük ki, rus məktəbini bitirənlərin ruslara meylliliyi var, psixologiyaları eynidir, bir qədər də öz xalqına yuxarıdan aşağı baxırlar. Ona görə bu, çox təhlükəlidir”. 

"Rusiya Azərbaycanda var, qalır və hər zaman da bu təhlükə olacaq. Bu da bir siyasətdir, gərək hər zaman bu siyasətin daşıyıcılarını tapıb ifşa edək. Hətta iki-üç il əvvəl həmin rusbaşlar Yeltsinə müraciət ünvanlamışdılar ki, Azərbayanı Rusiyanın tərkibinə qatsın. Başqa ölkələrdə belə bir riski heç kim edə bilməz. Xüsusi xidmət orqanlarının işidir ki, bu məsələni araşdırsınlar. Ancaq xüsusi xidmət orqanlarının özünün içində belə, Rusiyanın xüsusi xidmət orqanlarına işləyənlər var”, - deyə həmsöhbətimiz vurğulayıb. 
 
Qafar Çaxmaqlı qeyd edib ki, Azərbaycanda bu qədər insanın Rusiya tərəfindən maliyyələşdirilməsi həm də Dağlıq Qarabağla bağlı məsələnin həll olunmasına mane olan ən böyük əngəllərdən biridir: "Gələcəkdə də bu, bizə böyük maneə olacaq. Biz bu barədə öz fikrimizi deyirik, ancaq Azərbaycan siyasətinin içində də ruspərəstlər var deyə, ciddi tədbirlər görülmür. Hətta həmin ruspərətslər bəzən ittihamlar da səsləndirirlər. Halbuki bir dövlətin siyasətçisinin öz ölkəsini yox, başqa bir dövləti müdafiə etməsi çox anormal mənzərədir”. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol