• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağı almalı olan generallar Bakıda ev alırdılar...

Qarabağı almalı olan generallar Bakıda ev alırdılar...
01.09.2019 10:16
Seymur Verdizadə 

Səfər Əbiyev müdafiə naziri işləyəndə, hərbi hissələrin qapıları mətbuatın üzünə bağlı idi. Milli Orduda baş verən neqativ hallardan yazanda, vətənşüvənlər özlərinə əl qatırdılar: "Düşmən bizə baxır. Ordunu gözdən salmayın!" 


Bu, həmin vaxt idi ki, Milli Ordu fərsiz generalların qazanc mənbəyinə çevrilmişdi. Qarabağı almalı olan komandirlər hər il Bakıda bur ev alırdılar. Zabitlər əsgərlərlə qul kimi davranır, onların valideynlərini soyurdular. Övladları hərbi xidmətdə olan valideynlərin işi-gücü komandirlərə kontur yükləmək idi. Ordu üzərində ictimai nəzarət olmalıdır. Çünki ordu xalqa məxsusdur. Orda bizim övladlarımız xidmət edir. Şəxsən mən hərbi xidmətdə olanda çəkmələrimi atam alırdı. Bu mənfi tendensiya uzun illər davam etdi. Məhz bu hisslərin təsiri altında 10 il əvvəl belə yazmışdım: "Vətənin bir cüt təzə çəkmə qıymadığı əsgərlər öz cavan canlarını Vətənə qıymaq üçün növbəyə düzülüblər".


Tolstoy dəqiq ifadə edib: "Vətənpərvərlik əclafların sonuncu sığınacağıdır". 


On bir-on iki il əvvəl "Səfərbalanın ac əsgərləri" adlı məqalə yazanda, ən müxtəlif cinahlardan hücumlara məruz qalmışdım. Mənə "ağıl öyrədən" buqələmunlar, əslində, Ordunun yox, Səfər Əbiyevin təəssübünü çəkirdilər. Yaltaqlıq bəzi adamların qanına o qədər dərin işləmişdi ki, nazirin gözünə xoş görünmək üçün hətta əsgər ölümlərinə də haqq qazandırırdılar... 


Son vaxtlar bir neçə dəfə müxtəlif hərbi hissələrdə qonaq olmuşam. Hətta iki dəfə əsgərlərlə birlikdə nahar etmişəm. Etiraf edirəm, 110 kiloqram çəkimə rəğmən, bir əsgər üçün nəzərdə tutulmuş yeməyin yarısını yeyib qurtara bilmədim. Dadına isə söz ola bilməzdi... 


Şübhəsiz ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Hərbi hissələrimiz ən müasir silahlarla təchiz olunub. Amma bir məsələ var, axı biz o silahları muzeyə qoymaq üçün almamışıq. O silahlardan istifadə etməyin vaxtı çatıb. Paşinyan Azərbaycan xalqının əsəbləri ilə oynayır. Ona yerini göstərmək lazımdır. Açıq cəmiyyətdə yaşadığım üçün mən bu arzumu rahat şəkildə dilə gətirməkdən, yazmaqdan çəkinmirəm. Kimin xoşu gəlmirsə, mənim adımı özünün "qara", "qırmızı", "sarı" siyahısına yaza bilər. Əsas odur ki, oxucunun yanında mənim üzüm ağdır. Azərbaycanda bir qrup adam var ki, səlahiyyətləri çatsa, jurnalistlərin qollarını zəncirləyər. Bu adamlardan olsa, biz ancaq güldən-bülbüldən yazarıq. 


İntiharla bağlı xəbərlər yenə müzakirə mövzusuna çevrilib. Ötən gün sarsaq bir rəylə qarşılaşdım: "Jurnalistlər intihar xəbərlərini yazdıqları üçün bu halların sayı artır". İnsanları işsizlik, sıxıntı, məmur özbaşınalığı intihara vadar edir. İmkan verin, neqativ hallardan yazaq, rüşvətxor, yekəxana məmurlara öz yerlərini göstərək. İctimai nəzarət nə qədər güclü olsa, özbaşınalıq edən adamların meydanı bir o qədər daralar.


Hakim sifarişli hökm çıxarır, həkim pulu olmayan xəstəyə baxmır, prokuror iş adamına gözünü ağardır, məmur qəbuluna gələn vətəndaşa sifətini bozardır, ehtiyac övladın yanında atanın üzünü qızardır... 


Nə deyirsiniz, indi bunlardan yazmayaq? Özümüzü karlığa, korluğa qoyaq, siz də gecə-gündüz talayasınız? 


Ay sizi... ölməyəsiniz. Yaşayın ki, əməllərinizin bədəlini ödəyə biləsiniz... (moderaotor.az)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol