Bakıda 3 ölkənin birgə hərbi təlimi başladı

Bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə "Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.
Türkiyə və Gürcüstan hərbi qulluqçuları "Eternity-2019” təlimində iştirak etmək üçün Azərbaycana gəlib.
Təlim sentyabrın 6-dək davam edəcək.
www.anews.az
Bu barədə Anews.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edirlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























