• $
  • €
  • ₽
  • ₺
  • £

İqtidar-müxalifət görüşündə Qarabağ gərginliyi

İqtidar-müxalifət görüşündə Qarabağ gərginliyi
11.09.2019 13:35
"Niyə digər münaqişələrlə bağlı da Minsk qrupu kimi vasitəçi təşkilat yoxdur?".


Anews.az modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Demokrat Partiyasının sədri (ADP) sədri Sərdar Cəlaloğlu iqtidar və müxalifət partiyalarının birgə iştirak etdiyi dəyirmi masada  deyib.


ADP sədri söyləyib ki, Minsk qrupunun məqsədi Qarabağı hansısa formada Azərbaycandan alıb, Ermənistana verməkdir.


Sərdar Cəlaloğlu bu fikirləri YAP sədrimnin müavini-icra katibi Əli Əhmədovun etirazına səbəb olub. YAP rəsmisi qeyd edib ki, heç bir beynəlxlaq təşkilatın hansısa dövlətin daxili işlərinə müdaxilə etmək səlahiyyəti yoxdur: "Minsk qrupu kimi təsisatlar sadəcə vasitəçilik funksiyasını yerinə yetirə bilər. Bu və ya digər məqamlarda qeyri-ciddi arqumentlər gətirməklə mətbuata insanları çaşdıran fikirlər yönəltmək düzgün deyil".


Ə.Əhmədov Sərdar Cəlaloğlunun Prezident İlham Əliyevin Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasındakı görüşlə bağlı səsləndirdiyi fikirlərə də cavab verib: "Patruşevlə danışıqlarda sən Sərdar Cəlaloğlu iştirakmı etmisən?! Bilmədiyin halda niyə ağlına gələn bəyanatlarla çıxış edirsən?! Bizdə də "Dostluq" ordeni var. Rusiyada da həmçinin bu ənənə var. Bu, torpağın qorunmasına və müdafiə olunmasına görə deyil. Sadəcə, dövlətlər və ölkələrarası münasibətlərə töhfə verildiyinə görə verilir. Qeyri-ciddi fikirlər deməklə mətbuatı çaşdırmaq lazım deyil. Biz burada dedi-qodu ilə məşğul olmamalıyıq. Halbuki, müzakirə mövzusu başqadır. Etiraf etmək lazımdır ki, Azərbaycanın hansısa səviyyəyə qalxdığını hər kəs yaxşı bilir. 20 il əvvəlki Azərbaycan indiki kimi idi?!".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol