• $
  • €
  • ₽
  • ₺
  • £

Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi

Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi
17.09.2019 16:16
2019-cu ilin payız sessiyasının iş planına iqtisadi sahənin daha da inkişaf etdirilməsini təmin edəcək bir sıra vacib qanun layihələri daxil edilib. 
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə komitənin iclasında bildirib. 
İclasda ikinci oxunuş üçün təqdim olunmuş "Lombardlar haqqında” qanun layihəsi barədə də məlumat verilib. 

Sənəddə lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların saxlamaya qəbul edilməsi məsələləri öz əksini tapıb. 
Habelə lombardlar tərəfindən həyata keçirilən fəaliyyətin nizamlanması və ona nəzarət ilə bağlı münasibətlər tənzimlənir. 
Diqqətə çatdırılıb ki, layihənin ilk müzakirəsi zamanı verilən təklif və tövsiyələr sənəddə öz əksini tapıb. Sənədə görə, lombard öz vəsaiti hesabına girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyaları digər risklərdən sığortalaya bilər.
Lombardın girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyadan istifadə etmək, ona dair sərəncam vermək və ya onu dəyişdirmək hüququ yoxdur.
Müştəri kredit müqaviləsinin bağlanılmasından əsassız imtina edən lombarda qarşı məhkəməyə müraciət edə bilər. Lombard tərəfindən təminatsız kredit verilə bilməz.

Qeyd edək ki, iclasa ümumilikdə 8 məsələ - "Lombardlar haqqında” (2-ci oxunuş), "Texniki tənzimləmə haqqında” (3-cü oxunuş), "Yerin təki haqqında”, "İstehsalat və məişət tullantıları haqqında”, "Qaz təchizatı haqqında”, "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” və "Energetika haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Uşaq hüquqları haqqında”, "Təhsil haqqında”, "Reklam haqqında” və "Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), "Kinematoqrafiya haqqında”, "Kütləvi informasiya vasitələri haqqında”, "Nəşriyyat işi haqqında”, "Televiziya və radio yayımı haqqında”, "İctimai televiziya və radio yayımı haqqında”, "Telekommunikasiya haqqında” və "Teatr və teatr fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), "Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və "Əmək  pensiyaları haqqında”, "Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik layihələri müzakirəyə çıxarılıb.

İclasın sonunda gündəliyə daxil edilən bütün sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol