• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov Ukraynaya "Qızıl Ulduz"lar göndərdi

Zakir Həsənov Ukraynaya "Qızıl Ulduz"lar göndərdi
22.08.2014 16:18

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təşəbbüsü ilə nazirliyin zabiti polkovnik Abdulla Qurbani Belarus və Ukraynaya ezam olunub.

 

ANN.Az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 21-də polkovnik A.Qurbani Belarus Respublikasının Slutsk şəhərində olub, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və rəşadətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş mayor Anatoli Nikolayeviç Davidoviçin ailəsinə baş çəkib.

Milli Qəhrəmanın ailəsinə Azərbaycan Respublikasının Müdafiə nazirinin salamlarını və hədiyyəsini təqdim etdikdən sonra ölkəmizin Belarusdakı səfirliyi, Belarusdakı Azərbaycan İcmaları Konqresi, Slutsk şəhəri icra komitəsinin nümayəndələrinin iştirakı ilə şəhidin məzarı önündə anama mərasimi keçirilib. 

Mərasimdə Milli Qəhrəmanın məzarı önünə Azərbaycan Respublikasının Müdafiə naziri adından əklil qoyulub və ölümündən sonra onun təltif edildiyi "Qızıl Ulduz" medalı şəhidin anasına təqdim olunub. Məzarüstü abidəyə "Azərbaycan Milli Qəhrəmanı" sözləri yazılmış və səkkizguşəli ulduz həkk olunmuş mərmər xatirə lövhəsi vurulub.

Milli Qəhrəmanın anası Klavdiya Andreyevna, Slutsk şəhəri icra komitəsinin nümayəndəsi Larisa Georgiyevna və digər çıxış edənlər bu xeyirxah və vətənpərvər təşəbbüsə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbir Belarusun kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

Avqustun 23-də isə polkovnik A.Qurbani Ukraynanın Xarkov vilayətinin Zimiyov şəhərində dünyaya gəlmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində şəhid olmuş cəsur təyyarəçi Ruslan Aleksandroviç Polovinkanın məzarını ziyarət edərək Müdafiə Nazirliyi adından əklil qoyacaq və ölümündən sonra təltif edildiyi "Qızıl Ulduz" medalını 22 ildən sonra Azərbaycanın Milli Qəhrəmanının ailəsinə təqdim edəcəkdir.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol