Azərbaycan-İran sərhədində insident baş verib: ölənlər var

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
2019-cu ilin 02 oktyabr tarixində saat 00:13 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən üç nəfər naməlum şəxsin dövlət sərhədini pozmaları müşahidə olunub.
"Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadları tərəfindən silah tətbiq olunmuş və hər üç sərhəd pozucusu aldıqları güllə yaralarından hadisə yerində vəfat ediblər.
Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Füzuli Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
www.anews.az
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
2019-cu ilin 02 oktyabr tarixində saat 00:13 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən üç nəfər naməlum şəxsin dövlət sərhədini pozmaları müşahidə olunub.
Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd edib, bir sərhəd pozucusu üzərindəki çantanı ataraq İİR istiqamətində qaçmağa, digər iki sərhəd pozucusu isə hadisə yerindən digər istiqamətdə qaçmağa cəhd göstəriblər.
Zərərsizləşdirilmiş sərhəd pozucularına və əraziyə baxış zamanı bir ədəd qara çantada ümumi çəkisi təxminən 15 kq olan müxtəlif növlü narkotik vasitələr, bir ədəd lüləsi kəsilmiş tüfəng, patronlar və gilizlər aşkar olunub.
Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov əraziyə ezam edilib, hadisə yerinə baxış keçirilib, sərhəd pozucularının şəxsiyyətinin müəyyən edilməsinə və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























