• $
  • €
  • ₽
  • ₺
  • £

İraq dövlətindən yezidi kürdlərə çağırış: Qarabağa getməyin!

İraq dövlətindən yezidi kürdlərə çağırış: Qarabağa getməyin!
20.08.2014 15:12
Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi həllini tapmayınca, İraq Respublikası öz vətəndaşlarının işğal altında olan ərazilərə getməsinin əleyhinədir.Bu barədə APA-nın sorğusuna cavab olaraq İraqın Azərbaycandakı səfirliyindən bildirilib.Ermənistanın işğalçı qüvvələri tərəfindən yaradılmış separatçı rejimin İraq vətəndaşı olan yezidi kürdləri Dağlıq Qarabağa dəvət etməsi faktına münasibət bildirən səfirlik bəyan edib ki, rəsmi Bağdad Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Azərbaycanın ərazi bütövlüyü dövlətimiz tərəfindən tanınıb və bu barədə BMT-nin qətnamələri də var. Beynəlxalq hüquqa görə, biz başqa dövlətin ərazi bütövlüyünə hörmət göstərməliyik. Rəsmi Bakının icazəsi olmadan Azərbaycan ərazilərinə edilmiş hər hansı səfər və ya digər münasibətlər qanunsuzdur. Biz vətəndaşlarımızı, o cümlədən yezidi kürdləri bu münaqişədən və münaqişə bölgəsindən kənarda qalmağa çağırırıq”.Səfirlikdən əlavə ediblər ki, hazırda İraqın şimalında vəziyyət yaxşılaşmaqdadır və ABŞ-ın dəstəyi ilə “İslam Dövləti” qruplaşmasının dəstələri dinc əhalinin yaşadığı məntəqələrdən sıxışdırılıb çıxarılır: “Müxtəlif ölkələrdən sığınacaq vəd edilə bilər, amma  vəziyyət yaxşılaşmağa doğru gedir və tezliklə İraq vətəndaşlarının təhlükəsizliyi bərpa olunacaq”.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol