Əli Həsənov təqaüdə göndərilsə də, bu vəzifələri icra edəcək

Xəbər verdiyimiz kimi dünən Prezident İlham Əliyevin sərəncamı ilə Əli Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilib.
Anews.az xəbər verir ki, Ə.Həsənov işdən çıxarılmasına baxmayaraq bir neçə vəzifəni hələ də icra etməkdə davam edir. O, hazırda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. Eyni zamanda Əli Həsənov Yeni Azərbaycan Partiyasının Sədr müavinidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























