Komitə sədrindən Fazil Mustafaya irad: Biz Xalq artisti deyilik ki, “Instagram”da oturaq?!

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında həmkarı Fazil Mustafanın mətbuatda səsləndirdiyi fikirləri sərt tənqid edib.
"Hörmətli Fazil müəllim müsahibə verir, deyir ki, islahat Milli Məclisdən başlamalıdır. Bunu sosial şəbəkədəki fəaliyyətlə bağlı danışarkən bildirib. Hansı birinizin sosial şəbəkədə işləməyinizə bir söz deyilib?! Hamının "Facebook”, "Tvitter”i var. Kimə maneçilik törədilib? Burada media nümayəndələri də iştirak edir. Mediaya kimsə rəhbərlikdən deyib ki, filankəsin yazısını verin, filankəsin verməyin?!”
S.Novruzov qeyd edib ki, xalı çatmayan Milli Məclisdən xal götürmək istəyir.
"Biz xaricdə Azərbaycana qarşı qarayaxma aparan qüvvələrlə mübarizə aparaq, yoxsa içimizdə olanlarla?! Biz Xalq artisti deyilik ki, "Instagram”da oturaq?! Milli Məclisin vəzifəsi özünün şəxsi maraqlarını təmin etmək deyil. Kimsə deyir ki, məsələnin ona aidiyyəti yoxdur.
Kiminsə səviyyəsinə düşmək istəmir. Hansı səviyyədənsə, səviyyənə uyğun cavab ver. Hər bir fikri irəli sürəndə ölçülü-biçili sözlərlə onu ifadə etmək lazımdır. Kim hansı fəaliyyət göstərmək istəyirsə, o fəaliyyətini də göstərir. Azərbaycanda söz, mətbuat, internet azadlığı var”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























