• $
  • €
  • ₽
  • ₺
  • £

“Fazil Mustafa, Milli Məclis “selfie” çəkmək yeri deyil” - Ziyafət Əsgərov əsəbləşdi

“Fazil Mustafa, Milli Məclis “selfie” çəkmək yeri deyil” - Ziyafət Əsgərov əsəbləşdi
22.10.2019 14:09
"Təəssüf edirəm ki, bəzi həmkarlarımız oturduğu budağı laxladır. Deputat Fazil Mustafa saytlardan birinə müsahibəsində deyib ki, parlamentdə sosial şəbəkədə olan paylaşımlarımızı məhdudlaşdırırlar. Hörmətli deputatlar, plenar iclas zamanı bizi 8 kamera çəkir, danışıqlarınız bu kameralar tərəfindən fiksə olunur. İstənilən insan çıxışını alıb, paylaşa bilər. Buna heç bir məhdudiyyət yoxdur”.

Anews.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Z.Əsgərov qeyd edib ki, Milli Məclis ciddi orqandır: "Fazil Mustafa, Siz burada "selfie”, foto çəkdirib özünüzü reklam etdirmək istəyirsinizsə, öz işinizdir. Bunu Milli Məclis rəhbərliyinin adına yazmayın. Bura "selfie” çəkmək yeri deyil, ciddi orqandır, burada qanunlar yaradılır. O, sonra da deyir ki, iqtidar tənqidlərə dözümlü yanaşmalıdır. Razıyam, amma tənqidə... Böhtana, təhqirə, yalana, şərə deyil. Fazil Mustafa deyir ki, müxalifət iqtidarı lap ağır tənqid etsə də, buna dözümlü yanaşın. Bəyəm iqtidarın cavab vermək hüququ yoxdur?
 
Belə çıxır ki, müxalifət iqtidara şər-böhtan ata bilər, amma iqtidarın cavab vermək hüququ yoxdur... Bu artıq, qeyri-demokratik olur. Sən deyirsən, mən də cavabını verməliyəm. Fazil Mustafa televiyalarda çıxışlar edir, sosial şəbəkələrdə yazılar yazır, onun fəaliyyətini kim məhdudlaşdırır ki?”.(unikal)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol