İlham Əliyev sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xaçmaz rayonu ərazisində Dalğalı–Nabran–Tel avtomobil yolunun tikintisinin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb.Axar.az Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, üç min iki yüz nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Dalğalı–Nabran–Tel avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 1,7 milyon (bir milyon yeddi yüz min) manat ayrılsın.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























