• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin ən yaşlı üzvləri kimlərdir? - SİYAHI

Milli Məclisin ən yaşlı üzvləri kimlərdir? - SİYAHI
25.10.2019 09:43
2020-ci ilin noyabrında Azərbaycanda növbəti – VI çağırış Milli Məclisə seçkilər keçiriləcək. Növbəti seçkilərdən sonra parlamentin daha da gəncləşməsi gözlənilir. Bunun səbəbi isə Prezident İlham Əliyevin ölkədə aparılan islahatların bir hissəsi olaraq, dövlət strukturlarında kadrların yenilənməsini zəruri hesab etməsidir. Növbəti parlament seçkilərində yaşca daha gənc olanların deputatlığa namizədliklərini irəli sürəcəyini söyləmək olar.
Prezident İlham Əliyev Hacıbala Abutalıbov və Əli Həsənovun Baş nazirin müavini vəzifəsindən azad edilməsi barədə sərəncamlar imzalayıb.
Ölkə başçısı daha sonra hər iki şəxsi vəzifədən azad olunması ilə bağlı verdiyi ərizələrlə əlaqədar qəbul edib.

Prezident görüşlərdə yaşı 70-i keçən, iqtidarda təmsil olunan məmurların da istefa ərizəsi təqdim edəcəyinə ümidli olduğunu bildirib.
Başlanan islahatların parlamentdən də yan keçməyəcəyi şübhəsizdir. Düzdür, Milli Məclis seçkili orqandır və hakimiyyətin qanunverici qanadını təmsil edir.
Yəni qanunverici orqanda deputat olmaq təyinatla deyil, seçki yolu ilə mümkündür.
Əslində, qanun çərçivəsində hər bir vətəndaşın deputatlığa namizədliyini vermək hüququ var, bununla bağlı yaş senzi yoxdur.
Konstitusiyanın 85-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Milli Məclisinin deputatı seçilə bilər.
İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olanlar, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər deputat seçilə bilməzlər.
Bu şərtlər çərçivəsində hamı deputatlığa iddia edə bilər. Amma...
Hazırda Milli Məclisdə 65-69 yaşlı deputatların sayı 16-dır. Onların siyahısını təqdim edirik.
Rasim Musabəyov (68 yaşı var, bitərəf deputatdır), Eldar Quliyev (YAP üzvüdür, 68 yaşı var), Şəmsəddin Hacıyev (YAP üzvüdür, 69 yaşı var) Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə (69 yaş), Mirkazım Kazımov (YAP üzvüdür, 69 yaşı var), Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Fəzail İbrahimli (68 yaş) , Elmira Axundova (bitərəfdir, 66 yaşı var), Cavanşir Paşazadə (YAP üzvüdür, 66 yaşı var), Tahir Rzayev (YAP üzvüdür, 69 yaşı var), bitərəf Aqil Abbas (66 yaş), Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev (65 yaş), bitərəf deputat Əli Məsimli (66 yaş), YAP üzvü Aqiyə Naxçıvanlı (69 yaş), YAP üzvü Bəxtiyar Sadıqov (68 yaş) , YAP üzvü Elman Məmmədov (69 yaş), bitərəf Gövhər Baxşəliyeva (65 yaş).
Parlamentdə doğum tarixi daha da əvvələ gedən "yaşlı qvardiya”nın nümayəndələri də az deyil. Yaşı 70-80 yaş arasında olan deputatların sayı 20 nəfərdir.
İndi isə onların adlarını yazaq. YAP üzvü İsa Həbibbəylinin 70 yaşı var. Onunla eyni partiyada təmsil olunan Eldar İbrahimovun 74, bitərəf Madər Musayevin 72, YAP üzvü Mixail Zabelinin 73, bitərəf Ziyad Səmədzadənin 79, YAP üzvü Hüseynbala Mirələmovun 74, bitərəf  Vahid Əhmədovun 72, YAP üzvü Yevda Abramovun 71, YAP üzvü Tahir Süleymanovun 71, bitərəf Əliağa Hüseynovun 72, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının 72, YAP üzvü Arif Rəhimzadənin 78, YAP üzvü Əhliman Əmiraslanovun 72, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının 77, YAP üzvü Hadi Rəcəblinin 72, bitərəf Elxan Süleymanovun 79, bitərəf millət vəkili Mahir Aslanovun 70, Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovun 73, YAP üzvü Rafiq Məmmədhəsənovun 74, bitərəf deputat Flora Qasımovanın 72 yaşı var.
Siyahı bununla bitmir. Milli Məclisdə yaşı 80-i keçən deputatlar da var. Onların sayı dörddür.
Parlamentin ən yaşlı üzvləri bitərəf Zeynəb Xanlarova (83 yaş), YAP-çı Ağacan Abıyev (82 yaş) bitərəf Fəttah Heydərov (81 yaş) və YAP-çı Yaqub Mahmudovdur (80 yaş).
Prezident İlham Əliyevin mesajından sonra Yeni Azərbaycan Partiyasının yaşı 70-i keçən şəxsləri deyil, daha gənc olanlarını irəli çəkəcəyi gözləniləndir. Ancaq Prezidentin çağırışına digər partiya üzvü olan və ya bitərəf deputatların da əməl edəcəyini söyləmək mümkündür.
Çünki deputatların hamısı dəfələrlə Prezidentin siyasətini, apardığı kadr islahatlarını dəstəklədiklərini bildiriblər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol