• $
  • €
  • ₽
  • ₺
  • £

Emin Milli Prezidentin kadr dəyişikliyini DƏSTƏKLƏDİ

Emin Milli Prezidentin kadr dəyişikliyini DƏSTƏKLƏDİ
25.10.2019 17:47
"Prezident İlham Əliyevin son addımları çox müsbət addımlardır. Ramiz Mehdiyevin getməsi Azərbaycan üçün yeni eranın başlanğıcı ola bilər. Mən bu addımları dəstəkləyirəm və bu addımlardan sonra mənim və bütün cəmiyyətin gözləntiləri və ümidləri ölkədə baş verə biləcək real iqtisadi islahatlarla bağlı xeyli artıb”.

Yeniavaz.com xəbər verir ki, bu açıqlama ilə Meydan TV-nin sabiq rəhbəri Emin Milli çıxış edib.
"Mən şəxsən bilirdim ki, gənc nazirlərin işlərini köhnə qvardiya əngəlləyirdi, açıq sabotaj edirdi. Bu inam məsələsi deyil, illər boyu bu haqqda bizə müxtəlif tərəflərdən dəqiq məlumatlar gəlirdi. Bu kontekstdə ölkənin ən bacarıqlı və savadlı nazirlərindən birinə bu qədər səlahiyyət vermək, bu xətti dəstəkləmək, köhnə qvardiyanı isyefaya göndərmək Azərbaycan üçün tarixi bir hadisədir. Çoxları düşünməsin ki, sənin rəhbərliyin altında belə işləyən insanları işdən azad etmək asan məsələdir. Bu ayrı maraqlı bir mövzudur. Buna da vaxt, yeni resurslar, yeni vəziyyət və cəsrət tələb olunur”, - Emin Milli bildirib.
Onun sözlərinə görə, indi İlham Əliyevin və hökümətin Azərbaycanın iqtisadiyyatını dəyişməyə tarixi şansı yaranıb.

"Mən bilirəm ki, müxalifətdə islahatlarla bağlı böyük bir skepsis var. Bunu anlamaq da olar. İnsanlar artıq yorulub gözləməkdən.
Amma indi tam yeni bir vəziyyət yaranıb. Hesab edirəm ki, yeni savadlı və innovativ iqtisadi komanda ilə birgə ölkədə iqtisadi islahatlar uğurla həyata keçirilə bilər. Bunun üçün yeni oyun qaydaları elan olunmalıdır və heç kəs onları pozmamalıdır, pozanlar isə kimin qohumu, dostu olmasından asılı olmayaraq, çox sərt qaydada cəzalandırılmalıdırlar. Cəzasızlıq və aydın və şəffaf, hamının anladıqı yeni qaydaların olmaması istənilən islahatı basdıra bilər. İqtisadi islahatların nə qədər real olub-olmaması bu mərhələdə yoxlanılacaq.
E.Milli bildirib ki, Azərbaycanın növbəti real dəyişiklikləri yalnız iqtisadi sahədə ola bilər.

"Real olan budur. Hələ hökümətin tərəqqipərvər hissəsi bunu bacara bilsə. Bu işi görmək istəyənlərə və bacaranlara isə yalnız uğurlar arzulayıram!”

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol