• $
  • €
  • ₽
  • ₺
  • £

Nəciməddin Sadıkovu istefaya çağırdılar: "Orduya ziyan vurur"

Nəciməddin Sadıkovu istefaya çağırdılar: "Orduya ziyan vurur"
28.10.2019 19:18
Son günlər yaşlı məmurların istefaya göndərilməsi media və sosial şəbəkələrdə də müzakirəyə səbəb olub.


Baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovdan sonra Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin istefaya göndərilməsindən sonra bir neçə məmurun da istefaya göndilməsi ilə bağlı iddialar səslənidirib. 


Bu arada hüquq müdafiəçisi, jurnalist Samir Kazımlı Azərbaycan Silahlı qüvvvələrinin baş qərargah rəisi Nəciməddin Sadıkovu istefaya çağırıb. 


Bu barədə Kazımlı feysbuk hesabında yazıb.


O bildirib ki, Sadıqov orduya ziyan vuran genarallardandır: "İşdən çıxarılmalı əsas şəxslərdən biri də Nəciməddin Sadıkovdur. Orduya ən çox ziyan vuranlardandır o", - hüquq müdafiəçisi bildirib. 


Nəcməddin Hüseyn oğlu Sadıkov 1956-cı ildə Dərbənd şəhərində anadan olub.


1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər məktəbini bitirib.  


1979-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində tağım, bölük, tabor komandiri və alay komandirinin müavini vəzifələrində xidmət edib. 


1985-1988-ci illərdə Moskva şəhərindəki Frunze adına Hərbi Akademiyada təhsilini davam etdirib. 


1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini – Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib. 


Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi təyin edilib. 


26 ildir ki, Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsini icra edir. (arqument.az)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol