Azərbaycanda nazirin istefa xəbəri yayıldı - FOTO

Ölkə başçısının start verdiyi struktur və kadr islahatlarının yeni dalğası ilə bağlı ayrı-ayrı rəhbər şəxslər tərəfindən anonslar verilməkdədir.
Anews.az xəbər verir ki, budəfəki müzakirələr Səhiyyə Nazirliyi və nazir Oqtay Şirəliyevi əhatə edir. Nazirlikdəki mənbədən Moden.az-a daxil olan məlumata görə, Oqtay Şirəliyev artıq istefa ərizəsini yazıb. Mənbə bildirir ki, bu, səhiyyə nazirinin sayca üçüncü istefa ərizəsidir. İddialara görə, onun bundan əvvəl müxtəlif vaxtlarda yazdığı iki ərizəsi qəbul edilməyib.
Modern.az-a verilən digər məlumatlarda struktur islahatları çərçivəsində optimallaşdırma aparılacağı, Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, yaxud da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyilə birləşdiriləcəyi gözlənilir.
Musa Quliyev ölkə Prezidentinin başlatdığı islahatların hərtəfəli olduğunu bildirərək, onların gələcəyə hədəfləndiyini vurğulayıb:
"Bu islahatların tərkibində sosial islahatlar xüsusi yer tutur. Bunun da əsaslarından biri səhiyyə islahatlarıdır. Mən deyərdim ki, cənab Prezidentin sosial paketində ən əhəmiyyətli yeri tutanlardan biri icbari tibbi sığortanın tətbiqilə bağlıdır, hansı ki, gələn ildən ölkə üzrə fəaliyyətə başlayacaq.
Uzun illər səhiyyədə islahatlar getdi, maddi-texniki baza möhkəmləndi, kadr islahatları aparıldı, Tibb Universitetində rezedentura pilləsi yaradıldı. Səhiyyənin maliyyələşdirilməsində icbari tibbi sığortaya keçid üçün cənab Prezidentin sərəncamı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradıldı. Yevlax, Mingəçevir, Ağdaş və Sədərəkdə onun pilot layihə olaraq tətbiqinə başlandı. Ölkə başçısının digər fərmanı ilə TƏBİB publik hüquqi şəxsi yaradıldı. Milli Məclisdə "Tibbi sığorta haqqında” qanuna 100-dən çox əlavə və dəyişikliklər edildi. Artıq icbari tibbi sığortanın tətbiqinə növbəti ildən başlanacaq. Ən böyük islahat budur”.
"Mən Səhiyyə Nazirliyinin Agentliklə birləşdirilməsini uyğun saymıram. Təbii ki, bu, mənim subyektiv fikrimdir. Səlahiyyət sahibi dövlət başçısıdır. Amma mənim düşüncəmə görə, Səhiyyə Nazirliyi səhiyyənin siyasətini həyata keçirməlidir. Agentlik isə bu işin praktik maliyyələşmə tərəfinə cavabdeh olmalıdır. Dünya təcrübəsində iki qurumun birləşdirilməsi təcrübəsi olsa da, əksəriyyət tərəfindən məqbul hesab olunmur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























