Vilayət Eyvazov Fuad Bəxtiyarovu vəzifəsindən azad etdi

Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.
Anews.az "Report”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi, polis polkovniki Fuad Bəxtiyarov vəzifəsindən azad edilib.
Əmrə əsasən, F.Bəxtiyarov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
Qeyd edək ki, nazirliyin idarə səlahiyyətli Növbətçi Hissələri İdarəetmə Xidmətinə növbətçi hissələr, "102” Xidməti-Zəng Mərkəzi və Təhlükəsiz Şəhər Xidməti daxildir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























