• $
  • €
  • ₽
  • ₺
  • £

Aram Sarkisyan: “Ən böyük təhlükə odur ki, Azərbaycan tərəddüd etmədən hərbi əməliyyatlar həyata keçirəcək

Aram Sarkisyan: “Ən böyük təhlükə odur ki, Azərbaycan tərəddüd etmədən hərbi əməliyyatlar həyata keçirəcək
30.10.2019 22:07
KONKRET.az verelq.am saytına istinadən xəbər verir ki, Ermənistan Demokrat Partiyasının sədri Aram Sarkisyan bu ölkənin Xarici İşlər Naziri Zöhrab Mnaçakanyanın peşəkarlığından şübhələndiyini deyib: "Onun eşitmə problemləri var, çünki Mnaçakanyan bizim dediklərimizi dinləmir və gedən proseslərin mahiyyətini anlamır”.
Qondarma və separatçı Qarabağ rejimini daim dəstəkləyən açıqlamalarla çıxış edən Aram Sarkisyan daha sonra qəzəblə deyib: "Erməni siyasi arenasında bir qəzəb yaranıb. Türkdilli Dövlət Başçıları Şurasının Bakıda keçirilən iclasında Ərdoğanın bəyanatını, eləcə də həmin iclas zamanı İlham Əliyevin Ermənistana qarşı irəli sürdüyü digər "iddialar” arasında "Zəngəzurun Azərbaycandan qoparılması Türk dünyasını parçaladı” sözlərinin mahiyyətini xarici işlər naziri anlaya bilmir. Adi bir vətəndaş deyilənlərin dərin mahiyyətini başa düşə bilər, amma xarici işlər naziri deyil. Əliyev əslində Ermənistana ərazi iddiası edir və xarici işlər nazirimiz susur və hətta eşitməyinə şübhə edirəm. Niyə heç olmasa, bu məsələ ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinə müraciət etmir?”
Partiya sədri xüsusi olaraq vurğulayır ki, "bir neçə gündən sonra Bakıda daha bir mühüm hadisə baş verdi. Qoşulmama Hərəkatı Ölkələrinin (120 üzv ölkə) 18-ci Sammitinin Yekun Sənədində Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazilərini işğal etdiyinə görə qınanır. Bu, bütün üzv ölkələrin iştirakilə yekdilliklə qəbul edilib. Bundan əlavə, iştirakçı dövlətlər münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllini vacib sayıb. Düşünmürəm ki, 120 ölkənin verdiyi bəyanat Xarici İşlər Nazirliyinin gecikmiş reaksiyasına, xüsusən də müşahidəçi statusuna sahib olan Ermənistanın BMT-dən sonra ən hörmətli ikinci beynəlxalq təşkilatın konfransında iştirak etməməsinə dəyərdi”.
Erməni siyasətçi heab edir ki, bütün bunlar Xarici İşlər Nazirliyinin uğursuzluğudur: "Sual yaranır ki, səfirliklərimiz bu günə qədər nə ediblər? Azərbaycanın informasiya müharibəsində Ermənistana növbəti zərbə vurmaq üçün növbəti planlarını proqnozlaşdırmaq elə çətindir?”
Aram Sarkisyan vurğulayıb ki, "Ermənistan hakimiyyəti indiyə qədər Qarabağın qanuni müstəqilliyi faktını tanımayıb. Azərbaycana bundan daha böyük bir hədiyyə təsəvvür edə bilərikmi?”
Aram Sarkisyan təklif edib ki, münaqişənin həllinə dair Ermənistan tərəfinin tam konsepsiyasını diplomatik notada təkcə Minsk Qrupu həmsədrlərinə deyil, həm də BMT-yə üzv olan bütün ölkələrə təqdim etmək lazımdır. "Çünki heç kim məsələnin tarixini və hüquqi mahiyyətini xüsusi öyrənməməlidir. Onun sözlərinə görə, Qoşulmama Hərəkatı Zirvəsinin yekun Bəyanatı Ermənistanın Qarabağın müstəqilliyini əks etdirən sənədlə bağlı cavab addımı üçün əla imkan yaranıb. Demokrat Partiyasının lideri qeyd edib ki, əvvəlki hakimiyyətlər də bu təklifə laqeyd yanşıb. İndi də belədir. Yeni erməni hökmdarları da "prinsipial” bir sükut içindədir”.
A.Sarkisyanın fikrincə, "Ən böyük təhlükə odur ki, Azərbaycan yalanlarını beynəlxalq birliyə sırımaqla tərəddüd etmədən hərbi əməliyyatlar həyata keçirəcək. BMT-nin 4 qətnaməsinin tələblərini yerinə yetirilmədiyini iddia edən ölkə gec-tez buna gedəcək”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol