• $
  • €
  • ₽
  • ₺
  • £

Hadi Rəcəbli Milli Şuranın noyabrın 2-də keçirməyə hazırlaşdığı aksiyadan DANIŞDI

Hadi Rəcəbli Milli Şuranın noyabrın 2-də keçirməyə hazırlaşdığı aksiyadan DANIŞDI
31.10.2019 14:20
"Ölkəmizdə sosial müdafiə sahəsində və dövlət quruculuu istiqamətində aparılan ardıcıl və geniş miqyaslı islahatlar göz önündədir. Gələn ilin büdcəsinin 40%-nin sosial yönümlü olacağı və son vaxtlar aparılan struktur və kadr dəyişiklikləri bir daha bunu təsdiq edir. Azərbaycan dövlət başçısı bütün fəaliyyəti dövründə vətəndaşı uca tutur və onun mənafeyi naminə ardıcıl, sistemli, real işlər görür”.

Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Milli Şuranın noyabrın 2-də keçirməyə hazırlaşdığı aksiyaya münasibət bildirərkən deyib.
"Nə edəsən ki, bizi istəməyən mənfur qüvvələr bu uğurları gözdən salmağa, Azərbaycanda sabitliyi pozmağa, özbaşınalıq və hərc-mərclik yaratmağa can atırlar. Son vaxtlar radikal müxalifətin sərbəst toplaşmaq və mitinq arzularının həqiqətdən və demokratiyadan nə qədər uzaq olduğu bir daha hamısına və bizə aydın olur. Qadağan olunmuş yerlərdə, şəhərin mərkəzində, əhalinin gur toplaşdığı ünvanlarda icazəsiz sərbəst toplaşmaq və mitinqlər keçirmək arzusunun bir məqsədi var, o da uğurlara kölgə salmaq, xaos yaratmaqdır. Xalqımız, düşünən ziyalılarımız, iqtidar partiyaları bu yalançı təşəbbüsün əlehinədir və birmənalı tələb edirlər ki, bu adamlar onlar üçün nəzərdə tutulmuş Qaradağ rayonunun ərazisində nəzərdə tutulmuş yerə getsinlər, orada toplaşsınlar. Əks halda onlar yenə də qanunun aliliyinin, Azərbaycan polisinin mövcud qaydalara əməl etmək tələbinin icrasının şahidi olacaq, yerlərində otuzdurulacaqlar. Bizim istəyimiz və tələbimiz ondan ibarətdir ki, bu adamlar, yalançı radikal müxalifət və onların ətrafında toplaşan insanlar Qaradağ rayonu ərazisində ayrılmış yerə gedib öz istəklərini həyata keçirsinlər”. (Modern.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol