• $
  • €
  • ₽
  • ₺
  • £

Mikayıl Cabbarov nazirliklərin birləşdirilməsindən danışdı - Video

Mikayıl Cabbarov nazirliklərin birləşdirilməsindən danışdı - Video
29.05.2020 05:50
"Prezidentin rəhbərliyi ilə keçirilən islahatların birbaşa faydasını, nəticəsini görən geniş əhalidir. Bu ASAN Xidmət, vergilərdəki islahatlar, əmək haqlarının artımı, sosial mənzillər və digər məsələlərdə görünür və bunların əsas məqsədi dünənə qədər vətəndaşa əlçatan olmayan xidmətlərin indi əlçatan və daha keyfiyyətli olmasıdır”.

"Yeni Sabah” xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Real TV-yə müsahibəsində deyib. O, bildirib ki, əslində indi vergi islahatlarının birinci ilindəyik: "Ötən 10 ay ərzində gözlədiyimiz nəticələr əldə olunub. Bəzi hallarda isə gözlənilən nəticə dəyişməyib. Amma proses başa çatmayıb və bu daimi prosesdir. 

Mən sahibkarlara dostluq təklif etmişəm. Dostluq heç zaman birtərəfli olmur. Tərəflərin bir-birinə güüvəni olmalıdır. Azərbaycan sahibkarlığı artıq böyük yol keçib və düşünürəm ki, hər iki tərəf bu dostluğa hazırdır.

Kölgə iqtisadiyyatı ilə bağlı mübarizə davam edir. Bunun aradan qaldırılması hər iki tərəfə, həm sahibkar, həm də dövlət üçün xeyirlidir”.
Vergilər Nazirliyi, Əmlak Komitəsi və Antiinhisar Agentliyinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsindən sonra bu işin necə koordinasiya olunacağı haqda suala nazir belə cavab verib: "Bununla bağlı ilkin baxışlar mövcuddur. Xüsusi koordinasiya qrupu fəaliyyət göstərir və uzun müddət bu fəaliyyət həyata keçiriləcək. Burada xüsusi olaraq qeyd etmək lazımdır ki, bir sıra funksiyaların İqtisadiyyat Nazirliyində birləşdirilməsi bizə imkan verməlidir ki, ölkənin iqtisadi rəqabət qabiliyyətini yeni mərhələyə çıxaraq, öz fəaliyyətimizdə daha çevik, bu və ya digər təhdid və çağırışlara cavab verə bilək”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol