Nazirdən hərbi qulluqçuların pul təminatı ilə bağlı - QƏRAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 30 avqust tarixli, 12-3 nömrəli Qərarı ilə təsdiqlənmiş "Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə sığortaolunanların fərdi uçotu Qaydaları”nda dəyişiklik edilib.
Qərara əsasən sənədin 2.1.10-cu yarımbəndində "digər əlavələrdən” sözlərindən sonra "(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilib. Əvvəlki redaksiyanın həmin bəndində isə bu sözlər olmayıb.
Qeyd edək ki, "Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə sığortaolunanların fərdi uçotu Qaydaları” 2.1.10-cu yarımbəndi hərbi qulluqçuların təminat xərcliyi (pul təminatı) ilə bağlıdır.
Qeyd olunur ki, təminat xərcliyi hərbi qulluqçuların aldıqları aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) artımlardan ibarət olan məbləğdir.
Nazirliyin Aparatının Hüquq şöbəsinə tapşırılıb ki, bu qərarın qəbul edildiyi gündən üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrində qeydə alınması üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Qərarın icrasına nəzarət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il 19 fevral tarixli 19020011499 nömrəli əmri ilə müəyyən edilmiş kurasiya bölgüsünə əsasən həyata keçiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























