• $
  • €
  • ₽
  • ₺
  • £

Fransalı deputat Qarabağla bağlı sorğu göndərib

Fransalı deputat Qarabağla bağlı sorğu göndərib
15.08.2014 16:11
Fransa Milli Assambleyasının üzvü Jan-Fransua Mancel Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son atəşkəs rejiminin pozulması ilə əlaqədar Fransanın xarici işlər naziri Loren Fobiusa sorğu ilə müraciət edib. Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, avqustun 10-da Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında Soçidə baş tutan görüşün ardınca o, Fransanın xarici işlər nazirinə sorğu göndərib. Jan-Fransua Mancel L. Fobiusa bir daha xatırladıb ki, Fransa Rusiya və ABŞ-la birgə Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. “Mən ona sual verdim ki, Fransa hökumətinin bu məsələ ilə bağlı fikri nədir və münaqişənin prezident Əliyevin qeyd etdiyi kimi, “beynəlxalq qaydalara və ədalətə əsaslanaraq sülh və danışıqlar yolu ilə” həllinin sürətləndirilməsi üçün hansı addımların atılması planlaşdırılır?” deyə, - fransalı parlamentari vurğulayıb.  Qeyd edək ki, Jan-Fransua Mancel Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq qrupunun üzvü, həmçinin, yeni yaradılmış Azərbaycanın Dostları Cəmiyyətinin prezidentidir. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol