• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclis deputatlarının sayı - 117-YƏ ENƏCƏK

Milli Məclis deputatlarının sayı - 117-YƏ ENƏCƏK
12.11.2019 14:19
Milli Məclisin üzvü Elşad Həsənovun deputat səlahiyyətinə xitam veriləcək.

FED.az xəbər verir ki, bu, onun icraedici orqanda vəzifəyə təyin edilməsi ilə əlaqədardır.


Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla E.Həsənov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
O, 2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilib.
Milli Məclisin hazırda 118 deputatı var. E.Həsənovun deputat səlahiyyətlərinə xitam verildikdən sonra Milli Məclis üzvlərinin sayı 117 olacaq.
Milli Məclis tam heyətdə 125 nəfərdən ibarətdir.

Xatırladaq ki, 14 saylı Xəzər seçki dairəsində deputat seçilən Mehriban Əliyeva 2017-ci ildə Birinci vitse-prezident təyin edilməsi ilə bağlı onun səlahiyyətlərinə xitam verilib.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində də deputat deputat Astan Şahverdiyev 2018-ci ilin aprelində qəfil ürəktutmasından vəfat edib.
2018-ci ildə Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin deputatı Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, 91 saylı Ucar seçki dairəsinin deputatı Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin deputatı Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər naziri təyin edilib.

Son olaraq isə sentyabr ayında adı külli miqdarda borc qalmaqalında və deputat vəsiqəsini girov qoymaqda çəkilən Rafael Cəbrayılov 46 saylı Şirvan seçki dairəsinin deputatı mandatından imtina edib və MSK onun səlahiyyətlərinə xitam verib.
Milli Məclisə növbəti seçkilər 2020-ci ildə keçiriləcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol