• $
  • €
  • ₽
  • ₺
  • £

Vətəndaş prezidentə şikayətini necə çatdıra bilər - Deputat bunun yollarını göstərdi

Vətəndaş prezidentə şikayətini necə çatdıra bilər - Deputat bunun yollarını göstərdi
14.11.2019 09:43
"Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin” - prezident İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edərkən belə deyib.

Dövlət başçısı icra başçılarına xitabən bildirib ki, onlar peşəkar olmalıdırlar, bilikli olmalıdırlar və onlar işlədikləri rayonda, şəhərdə nüfuz qazanmalıdırlar.
"Bu, onların sırf öz işindən asılıdır. Prezidentin etimadı artıq xalqa bir mesajdır ki, prezident bu şəxslərə etimad göstərir. Ancaq bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər. Bu, artıq sizin işinizdən asılıdır. Siz işi elə qurmalısınız ki, vətəndaşlar sizi dəstəkləsinlər, sizə dayaq olsunlar. Əgər siz hansısa bəd əmələ düçar olsanız, əlbəttə ki, biz dərhal bundan xəbər tutacağıq və cəzanızı alacaqsınız. Elə işləməlisiniz ki, xalq sizdən razı olsun. İlk növbədə, xalqa xidmət etmək və öz vəzifənizin öhdəsindən peşəkarcasına gəlmək sizin borcunuzdur. Digər tərəfdən, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparmalısınız.  Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir. Düzdür, elə ölkə yoxdur ki, bu problem orada olmasın. Amma əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər. Əgər gözlərini yumurlarsa, yaxud da ki, özləri bu çirkin işlərə qarışırlarsa, əlbəttə ki, layiqli cəzalarını da alacaqlar və almalıdırlar. Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik” -deyə ölkə başçısı qeyd edib.

Deputat Aydın Mirzəzadə hesab edir ki, prezidentin məlum müraciəti onun xalqla sıx birliyini göstərir: "Cənab prezidentin vətəndaşlara məlum çağırışı aparılan siyasətin yerlərdə vətəndaşın maraqlarına nə dərəcədə cavab verdiyini öyrənmək istəyindən irəli gəlir. Vətəndaşlar bu çağırışı dəstəkləyirlər”.
Aydın Mirzəzadə prezidentə müraciət etmənin formalarından danışarkən deyib ki, ən asan üsul president.az saytında "Müraciətlər” bölümünə daxil olub orada "Prezidentə məktub yazmaq” düyməsini seçməkdən keçir: "Vətəndaş bu yolla sərbəst qaydada müraciətini prezidentə yollayır. Vətəndaş prezidentə məktub və teleqram vasitəsilə də müraciət edə bilər. Eyni zamanda yerlərdə Prezident Administrasiyasının nümayəndələri, nazirlər, ayrı-ayrı təşkilat rəhbərləri də vətəndaşları qəbul edib dinləyirlər. Vətəndaşlar sosial şəbəkə vasitəsilə də prezidentə müraciət edə bilərlər. Bunun üçün cənab prezidentin sosial şəbəkədə olan hesablarının mesaj bölməsinə yaza bilərlər. Prezidentin sosial media hesabları kifayət qədər aktivdir və burada yazılan müraciətlərə reaksiya verilir.

Cənab prezident bu yaxınlarda bildirdi ki, rayonların birində ciddi problemlə bağlı mətbuatdan xəbər tutub. Həmin problemin həlli üçün tapşırıq verilib. Bu, açıq cəmiyyət olduğumuzu, vətəndaşla hakimiyyət arasında böyük bir əlaqə körpünün olduğunu göstərir. Cənab prezident vətəndaşların müraciətlərinin araşdırılmasında, problemlərinin həll olunmasında maraqlıdır.

Vətəndaşlar problemləri ilə bağlı, yerlərdə məmurların qanunsuz əməlləri ilə üzləşərlərsə, çəkinmədən mətbuat vasitəsilə ölkə başçısına müraciət edə bilərlər. Prezident müsahibə və çıxışlarında dəfələrlə medianı izlədiyini bildirib".

Aydın Mirzəzadə deyir ki, mətbuatda dərc olunan materiallar oxunur, analiz edilir, diqqətə götürülür: "Mən çox bəyənirəm ki, Daxili İşlər Nazirliyi vaxtaşırı bu və ya digər yerdə qanun pozuntusu ilə bağlı yayılan videolara operativ reaksiya verir. Mətbuat, sosial şəbəkə diqqətdə saxlanılır. Qaldırılan məsələ öyrənilir, məsələlərin həll edilməsi dövlətçiliyimizin möhkəm olması deməkdir. Vətəndaşımızın dövlətə, hakimiyyətə inamının möhkəmlənməsi deməkdir”. (musavat.com)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol