• $
  • €
  • ₽
  • ₺
  • £

“FHN-nin ləğvi səmərəli idarəçiliyə gətirib çıxaracaq” – TƏKLİF

“FHN-nin ləğvi səmərəli idarəçiliyə gətirib çıxaracaq” – TƏKLİF
14.11.2019 21:36
Azərbaycan hakimiyyətinin apardığı struktur dəyişiklikləri ictimai-siyasi çevrələr ən müxtəlif təkliflər irəli sürür.

Təkliflər əsasən bir-birini təkrarlayan, fəaliyyətinə zərurət olmayan qurumların ləğvi yaxud uyğun dövlət strukturlarının tabeliyinə verilməsilə bağlıdır. Məsələn, ekspertlər hesab edir ki, Dövlət Gömrük Komitəsinin ayrıca qurum kimi fəaliyyətinə ehtiyac yoxdur. Yeri gəlmişkən, bir müddət əvvəl bu qurumun Vergilər Nazirliyinə birləşdiriləcəyi deyilirdi. Lakin bunun əksi baş verdi.
Struktur dəyişikliyi çərçivəsində Vergilər Nazirliyi və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinə birləşdirilirdi. Ekspertlər bunu müsbət qiymətləndirsələr də, çevik idarəetmə sisteminin yaradılması və büdcənin rassionalaşdırılması baxımından prosesin davam etdirilməsini zəruri sayırlar.
Yenicag.az xəbər verir ki, bu sırada Fövqəladə Hallar Nazirliyinin ləğvi də təklif edilir. İstisadçı alim Qubad İbadoğlu bildirib ki, FHN-nin ayrıca nazirlik kimi fəaliyyətinə ehtiyac yoxdur. "Azərbaycan okeana çıxışı olmayan, bu və digər səbəblərdən də xüsusi olaraq təbii fəlakətlərlə qarşılaşmayan kiçik ölkədir. Bu baxımdan Fövqəladə Hallar Nazirliyi kimi ayrıca quruma zərurət yoxdur. Digər tərəfdən idarəetmədə struktur dəyişikləri büdcəni rasionallaşdırır, bu baxımdan FHN-nin ləğvi daha yaxşı və səmərli idarəçiliyə gətirib çıxara bilər”, – deyə Qubad İbadoğlu əlavə edib.
İqtisadçı alim hesab edir ki, bir çox vacib strukturların FHN-də birləşdirilməsi də onun çevikliyini aşağı salır. "Ona görə də Fövqalədə Hallar Nazirliyi ləğv olunmalı, onun bazasında olan xidmətlər müstəqil quruma çevrilməlidir”, – deyə Qubad İbadoğlu vurğulayıb. /Yeni Sabah/
FHN Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə yaradılıb. 2006-cı il fevralın 6-da isə Kəmaləddin Heydərov Fövqəladə Hallar naziri təyin edilib. Hazırda Kəmaləddin Heydərovun 7 müavini var:
1. Rəfail Xalid oğlu Mirzəyev – Birinci müavin
2. Faiq Cavad oğlu Tağı-zadə
3. Etibar Böyükbəy oğlu Mirzəyev
4. Ragim Əhəd oğlu Lətifov
5. Orucəli Məmməd oğlu Hacıyev
6. Teymur Ramiz oğlu Mehdiyev
7. Tapdıq Əhliman oğlu Əmiraslanov
Nazirliyin aparatına 14 idarə daxildir:
1. Fövqəladə halların xəbardar edilməsi və daxili təhlükəsizlik Baş idarəsi
2. Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdraəsi
3. Kadr siyasəti Baş İdarəsi
4. Maliyyə-iqtisadiyyat Baş İdarəsi
5. Baş əməliyyat idarəsi
6. Mülki müdafiə işinin təşkili Baş İdarəsi
7. Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi
8. Hüquq idarəsi
9. Statistika və informasiya texnologiyaları idarəsi
10. İctimaiyyətlə əlaqə idarəsi
11. Beynəlxalq əlaqələr idarəsi
12. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi
13. Rabitə idarəsi
14. Komendant xidmətinin təşkili və texniki təminat idarəsi
FHN-nin strukturuna isə 23 qurum daxildir:
1. Dövlət Yanğından Mühafizə Xidməti
2.Dövlət Yanğın Nəzarəti Xidməti
3.Mülki Müdafiə Qoşunları
4. Dövlət Material Agentliyi
5.Su Ehtiyatları Dövlət Agentliyi
6. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi
7. Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi
8. Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi
9. Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti
10.Xüsusi Riskli Xilasetmə Xidməti
11.Xəzər Hövzə Qəza-xilasetmə Xidməti
12. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi
13. "İzotop” Xüsusi Kombinatı
14.Əməliyyat-istintaq İdarəsi
15.Elm istehsalat Birliyi
16. Mərkəzi laboratoriya
17.Əsaslı Tikinti idarəsi
18.Maddi Texniki-Təchizat İdarəsi
19. Aviasiya dəstəsi
20.Tədris təlim mərkəzi
21. FHN-in Akademiyası
22. İdman sağlamlıq klubu
23.Tibb Xidməti
FHN-nin həm də 9 regional mərkəzi var:
1. Bakı Regional Mərkəzi
2. Sumqayıt Regional Mərkəzi
3. Şimal qərb regional Mərkəzi
4. Şimal Regional Mərkəzi
5. Gəncə Regional Mərkəzi
6. Aran Regional Mərkəzi
7. Muğan Regional Mərkəzi
8. Qarabağ Regional Mərkəzi
9. Cənub Regional Mərkəzi

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol