• $
  • €
  • ₽
  • ₺
  • £

Cəbhə ilə bağlı Ramiz Mehdiyevə müraciət edildi

Cəbhə ilə bağlı Ramiz Mehdiyevə müraciət edildi
14.08.2014 17:37
QAT cəbhəboyu kəndlərə xüsusi statusun verilməsini təklif edir.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı cəbhə bölgəsinə səfərinin yekunları ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə məktub göndərib. Modern.az-ın məlumatına görə, məktubda cəbhə bölgələri, yerli əhali ilə bağlı bir sıra təkliflər irəli sürülür. Məktubda göstərilir: “Biz bir neçə gün əvvəl cəbhə bölgəsində, Ağdam, Bərdə, Tərtər rayonlarında, qoşunların təmas xəttindəki Qapanlı, Çıraqlı, Çəmənli, Əfətli kəndlərində yerli əhali ilə görüşmüş, söhbətlər aparmışıq. Məqsədimiz cəbhə bölgəsində olan insanlara mənəvi dəstək vermək, arzularını, istəklərini dinləmək, onlara imkanımız daxilində yardımçı olmaqdır. Bizim bu təşəbbüsümüz torpaqlarımızın işğaldan azad olunması işinə yardım etmək, payımızı vermək istəyindən irəli gəlir.Qeyd etməliyik ki, olduğumuz ərazilərdə əhval-ruhiyyə, vəziyyət yaxşı səviyyədədir. İnsanların Milli Orduya və qələbəyə inamı güclüdür. Hər yerdə insanların Ali Baş Komandanın əmrini gözlədiklərinin, döyüşə hazır olduqlarının şahidi olduq.Ümumi işimizin xatirinə bəzi problemləri də Sizin diqqətinizə çatdırmağı özümüzə borc bilirik. Bu problemləri yerli əhalinin nümayəndələri dilə gətirib və həllini istəyiblər. Biz hesab edirik ki, ictimai təşkilatların bu cür səfərlərinin əsas məqsədlərindən biri məhz problemlərin ortaya çıxarılması və ölkə rəhbərliyinə çatdırılmasıdır ki, həmin problemlər vaxtında həllini tapsın və ciddi fəsadlar törətməsinə imkan verilməsin. Elə problemlər var ki, yerli məmurlar onları ya görə bilmir, ya görmək istəmir, ya da yuxarı instansiyalara çatdırmaqdan çəkinir. Biz bu problemləri və təklifləri ictimailəşdirməyi, ölkə rəhbərliyinin diqqətinə çatdırmağı özümüzə borc bilir və hesab edirik ki, bu proses bütövlükdə dövlətçiyimizin möhkəmlənməsinə xidmət edir. Nəzərədə tutduğumuz, eşitdiyimiz, gördüyümüz problemləri diqqətinizə çatdırırıq.Birinci. Qoşunların təmas xəttində yerləşən kəndlərə, məsələn, Ağdamən Əfətli, Çıraqlı, Çəmənli, Tərtərin Qapanlı, Qaradağlı, Qazaxın Məzəm, Tovuzun Əlibəyli, Goranboyun Tapqaraqoyunlu kimi kəndlərə dövlət tərəfindən xüsusi status verilməsinə ehtiyac var. Bu kəndlərin əhalisinin hər cür vergilərədən azad olunması, işıq, qaz pullarının ödənilməsində güzəştlərin edilməsi, kənd təsərrüfatı işləri üçün pul şəklində yardımın göstərilməsi və sair məsələlər nəzərdə tutula bilər. Yuxarıda qeyd etdiyimiz kəndlərin adları şərtidir, bu kəndlərin siyahısı dövlət komissiyası tərəfindən dəqiq müəyyən edilə bilər.İkinci. Bu kəndlərdə təhsillə bağlı problemlər var, atəşkəsin tez-tez pozulması dərslərin müntəzəm və keyfiyyətli həyata keçirilməsinə imkan vermir. Ona görə də bu kəndlərin məzunlarına ali məktəblərə qəbul zamanı imtiyazların nəzərədə tutulması, təhsil haqqından azad olunmaları yaxşı olardı.Üçüncü. Bu kəndlər daim atəş altındadırlar. Vaxtaşırı düşmən gülləsinə özləri, heyvanlar, evləri, təsərrüfatları tuş gəlir. Kəndlərin əhalisi bu hadisələr zamanı onlara dövlət tərəfindən heç bir yardımın göstərilmədiyini bildirirlər. Məsələn, Tərtərin Qapanlı kəndində Daşqın Əliyev düşmən gülləsindən yaralanıb, onun müalicəsinə dövlət tərəfindən heç bir yardım göstərilməyib. Yenə həmin kəndin sakini Emin Tanrıverdiyevin ot tayası düşmən gülləsi ilə yanıb, 700 ədəd ot bağlaması (2500 manatlıq) yanıb, ona pulla və ya otla yardım edən yoxdur. Belə misallar çoxdur. Ona görə də hesab edirik ki, bu məsələlərə xüsusi diqqət yetirilməli, düşmən gülləsindən ölən kənd sakinlərinin yas mərasimi, yaralananların müalicəsi, zərərçəkənlərin zərəri dövlət tərəfindən ödənilməlidir. Cəbhəboyu kəndlərin hər birində tibb məntəqəsi və ən azından bir təcili yardım maşınının olmasına ciddi ehtiyac var.Dördüncü. Tərtərin Qapanlı kəndində, Ağdam – Bərdə - Tərtər “Dörd yolu”ndakı qəsəbələrdə içməli su problemi var. Artezian quyuları vurulub, lakin dayaz vurulduğuna görə içmək mümkün deyil, əhali suyu pulla alır. Bu hal ciddi problemlər yaradır. Ona görə də təcili həll olunmalıdır.Beşinci. İnsanlar, xüsusilə də gənclər işsizlikdən əziyyət çəkirlər. Yeni iş yerlərinin açılmasına ehtiyac vardır. Dövlət başçısı İlham Əliyevin ölkənin sənayeləşdirilməsinə dair irəli sürdüyü proqram üzrə bu ərazilərdə kiçik və orta sənaye müəssisələrinin tikilməsi çox yaxşı olardı.Biz iddia etmirik ki, bu problemlərdən Sizin və ya digər dövlət orqanlarının xəbəri yoxdur. Biz sadəcə, bu problemləri bir daha gündəmə gətirməyi, yazıb Sizə göndərməyi özümüzə borc bilirik. Müraciətimizə diqqətlə yanaşacağınıza inanır və əvvəlcədən təşəkkürümüzü bildiririk”.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol