• $
  • €
  • ₽
  • ₺
  • £

Bozqurdlar İrəvanı hədələdi

Bozqurdlar İrəvanı hədələdi
14.08.2014 16:42
Milliyətçi Hərəkat Partiyasından (MHP) Türkiyə parlamentinin üzv seçilmiş, əslən Azərbayjandan olan millət vəkilləri Atilla Kaya və Sinan Oğan Türkiyə-Ermənistan sərhədinin Alican sərhəd-keçid məntəqəsində olublar. Bu barədə ANS PRESS-ə Türkiyənin İqdır şəhərində yerləşən Azərbaycan Evi Dərnəyinin başçısı Sərdar Ünsal bildirib. Onun sözlərinə görə, Alican sərhəd-keçid məntəqəsində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə etiraz aksiyası keçirib. Tədbirdə millət vəkili Atilla Kaya bildirib: "Erməni hücumları nəticəsində cəbhə xəttində 20-yə yaxın Azərbaycan əsgəri həyatını itirib. Şəhid əsgərlərimizə Allahdan rəhmət diləyirəm. Azərbaycanlı qardaşlarımıza soydaşlarımızın yanında olduğumuzu bildirmək istiyirəm. 20 ildən çoxdur ki, Dağlıq Qarabağ və beş şəhər işğal altındadır. Bütün dünya erməni işğalını sakitcə seyr edir. Bu vəziyyətdən faydalanan, cəsarət alan erməni rəhbərliyi mütəmadi olaraq Azərbaycan torpaqlarına atəş açır. Bizə telefon açan, Azərbaycanın yanında ermənilərə qarşı döyüşə getmək istəyən gənclərimiz var. Azərbaycan tək deyil. Hər zaman Azərbaycanın yanındayıq, Ermənistanın bunu yaxşı bilməsi lazımdır". Millət vəkili Sinan Oğan isə hər zaman Alican sərhəd-keçid məntəqəsinin açılmasına qarşı olacaqlarını vurğulayıb: "Azərbaycanda şəhid olan əsgərlərimizə baş sağlığı diləyirik .Hər kəs bunu yaxşı bilsin ki, biz hər zaman Azərbaycanın yanındayıq. Azərbaycan torpaqları geri qaytarılmadan sərhəd-keçid məntəqəsinin açılmasına əsla icazə vermərik. Açıqca deyirik, Ermənistanın qarşısında dayanacaq və Azərbaycanın yanında yer alacağıq”.Atilla Kaya və Sinan Oğanla yanaşı tədbirdə keçmiş millət vəkili Abbas Bozyel, MHP-nin İqdır vilayəti təşkilatının Cahit Erol, İqdır Azərbaycan Evi Dərnəyinin başçısı Sərdar Ünsal, Türkiyə Azərbaycan Dərnəyi rəhbəri Ənvər Türkoğlu, İstanbul Türkiyə Azərbaycan Dərnəyi başçısı Səfər Qaraqoyunlu, İqdır Qafqaz Çeçen Dərnəyi başçısı Məhərrəm Çeçen də tədbirə qatılıb. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol