• $
  • €
  • ₽
  • ₺
  • £

“İşləyə bilmirəm, istirahət etmək istəyirəm…” — Komitə sədrinin 70 yaşlı müavini

“İşləyə bilmirəm, istirahət etmək istəyirəm…” — Komitə sədrinin 70 yaşlı müavini
16.11.2019 17:07
"Son təyinatlarda məqsəd heç də yaş məsələsinin qabardılması deyil. Proses belədir: məsələn, mənim yaşım çatıb və müraciət edirəm ki, artıq işləyə bilmirəm, istirahətə getmək istəyirəm. İndi burada nə var ki?!".

Anews.az xəbər verir ki, bunu Etikxeber.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, sabiq icra başıçısı və hazırda 70 yaşı olan Sədaqət Qəhrəmanova son kadr təyinatları ilə bağlı yaşlı nəsil nümayəndələrinin bəzi media orqanlarında və sosial şəbəklərdə hədəf alınmasına, özünün istefa ərizəsi yazıb-yazmayacağına münasibətini bildirərkən deyib.

"Yəni, dövlətin qurulmasında, dövlət quruculuğunda, cəmiyyətin formalaşmasında yaşlı nəsil də lazımdır, gənc nəsil də lazımdır. Dövlət başçısı özü də bu yaxınlarda iki gənc icra başçısını qəbul edərkən bu barədə öz fikirlərini söylədi”– deyən S. Qəhrəmanovanın sözlərinə görə, insanlar, ölkə vətəndaşları, media təmsilçiləri bu məsələləri  kampaniya xarakteri daşıyan  məsələlər  kimi qəbul etməməlidirlər.

"Bu gün bizim elə yaşlı kadrlarımız var ki, onların sözünə ehtiyac var, onların nüfuzuna ehtiyac var. Onlar bir dəfə çıxıb kütlə qarşısında görünəndə onun özünün böyuk təsiri, effekti olur. 

Bilirsiniz, insanın formalaşması, cəmiyyətin doğru məcraya yönəlməsi məsələsi bir  ideologiya məsələsidir.

Bu ideologiyanı da formalaşdıran həm bizim güclü, təcrübəli, yaşlı nəsildən olan insanların sözünə ehtiyac var, həm də  bugünkü gənc nəsil nümunəsinə ehtiyac var. Ona görə bunu belə anlamaq lazımdır. Bunu hay-küyə düşüb kampaniya xarakteri kimi görmək, qəbul etmək lazım deyil. Yaşlı, lazımlı kadrlardan da istifadə olunmalıdır, gənc nəsildən də. Əslində gənc nəsil o yaşlı nəslin yanına gedir, onlardan öyrənir, təcrübə əldə edir. Bunun da gözəl nəticələrini görürük, müşahidə edirik…”, - deyə, S.Qəhrəmanova sözlərinə əlavə edib

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol