• $
  • €
  • ₽
  • ₺
  • £

74 yaşlı prorektor yenidən deputat olmaq istəyir: "YAP-dan cavab gözləyirəm"

74 yaşlı prorektor yenidən deputat olmaq istəyir: "YAP-dan cavab gözləyirəm"
16.11.2019 18:52
"Seçim xalqındır. Xalq necə seçim edir, o cür də olur, kimi istəyir, etimad göstərir, deputat seçir, kimi də istəmir, seçmir, etimad göstərmir. Bu məsələdə də xalqın, seçicinin iradəsinə müdaxilə ola bilməz və bugünədək də belə bir hal olmayıb. Bütün millət vəkilləri xalqın, seçicilərin iradəsi, seçimi ilə seçiliblər və öz üzərlərinə düşən vəzifələri də yerinə yetirməyə çalışıblar, çalışırlar".

Bunu Etikxeber.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasından (YAP) və son üç çağırış Milli Məclisin (MM) üzvü olan 74 yaşlı millət vəkili,  Tibb Universitetinin (ATU) prorektoru Rafiq Məmmədhəsənov son kadr təyinatları ilə bağlı bəzi media orqanlarında və sosial şəbəklərdə 60-70 yaşlardan yuxarı olan deputatların da hədəf seçilməsinə, kəskin etirazlara məruz qalmasına münasibətini bildirərkən deyib.

O daha sonra deyib: 
"Yaşlılıq məsələsinə gəlincə, qeyd etməliyəm ki, əgər insanın əqli yerindədirsə, əmək qabiliyyəti varsa, fiziki imkanları çatırsa, niyə də  seçilməsin ki?!
Bəli, deputatlıqla bağlı aşağı yaş həddi var-18 yaş, amma yuxarı yaş həddi-məhdudiyyəti yoxdur. Bu, özü də təkcə bizdə deyil, dünyanın hər bir yerində belədir.

Deputatlarla bağlı yaş məhdudiyyəti, qadağası yoxdur. Əgər təcrübəlidir, savadlıdır, əqli-fiziki imkanları yerindədir, daha yaxşı, qoy seçilsin də?!
Keçmiş-qədim dövrlərdə Yunanıstanda parlamentə deputatlar 70 yaşdan yuxarı olan seçilirdilər. Yaşlı insanlara üstünlük verilirdi. Məqsəd də o idi ki, seçilmiş insanlar müdrik insanlar olsunlar, ağıllı qərarlar vermək  gücündə, qabiliyyətində olsunlar".

"Eyni zamanda, məsələn, el arasında-iki qonşu arasında dava düşür, onları barışdırmaq üçün cavan adamı aparırlar yoxsa ağsaqqal insanı? Hər zaman məhz ağsaqqalı aparırlar-ona üstünlük verirlər.

Çünki ağsaqqallar müdrikdirlər, həyat təcrübələri, geniş dünyagörüşləri var, nüfuzları çoxdur, məsələni tez həll edə-yoluna qoya bilirlər. Bu baxımdan, parlamentə də təcrübəli,müdrik adamlar seçilməlidirlər. Xalqın rifahı naminə qərarlar, qanunlar hazırlaya, qəbul edə bilən insanlar parlamentdə olmalıdırlar.
Burada yaşlı-cavan söhbəti olmamılıdır, burada daha çox qabiliyyət, təcrübə, dünyagörüşü, müdriklik söhbəti olmalıdır. Elə ona görə də bilərəkdən deputatlıqla bağlı yuxarı yaş həddi və neçə dəfə seçilə bilməklə əlaqədar  məhdudiyyət qoyulmayıb.

Kim xalqın, seçicinin etimadını doğruldursa, əqli-fiziki imkanları yerindədirsə, yenidən niyə namizəd olmasın və yenidən niyə deputat seçilməsin?!
Mənim mövqeyim budur və seçim xalqındır…”- deyə, millət vəkili bildirib.

"Növbəti-4-cü dəfə deputatlığa namizəd olmaq istərdinizmi” sualına çavabında isə R. Məmmədhəsənov "Partiya məsləhət görərsə, namizədliyim irəli sürüləcək, məsləhət bilməsə, yox. Bunu da indidən demək olmaz. Çünki hələ seçkilərə  vaxt var”- deyə  vurğulayıb.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol