Baş nazir əhalinin sağlamlığı ilə bağlı qurumlara tapşırıq verdi

Baş nazir Əli Əsədov əhalinin sağlamlığının qorunması ilə bağlı sərəncam imzalayıb.
Oxu.Az-ın məlumatına görə, sərəncamda göstərilib ki, Azərbaycan qanunlarının və Prezidentin aktlarının "Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2019-cu il 27 iyun tarixli 1628-VQD nömrəli qanuna uyğunlaşdırılması ilə bağlı təkliflər 20 gün müddətində Nazirlər Kabinetinə təqdim edilməlidir.
"Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 7-1-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş orqan (qurum) barədə təkliflər 10 gün müddətində Nazirlər Kabinetinə təqdim olunmalıdır.
Sərəncamda qeyd olunub ki, Səhiyyə Nazirliyi Ədliyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, "Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 7-1-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, tibb müəssisələrinin akkreditasiya qaydasının layihəsini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etsin.
Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər "Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl edilməsi təmin olunmalıdır.
Bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları normativ hüquqi aktlarının və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etsinlər.
İcra vəziyyəti tələb etdikdə isə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.
Bu barədə iki ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























