• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müavini: “Əmin ola bilərsiniz ki, şəhidlərimizin qanı yerdə qalmayıb”

Nazir müavini: “Əmin ola bilərsiniz ki, şəhidlərimizin qanı yerdə qalmayıb”
14.08.2014 12:24
Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində xidməti döyüş fəaliyyətini yerinə yetirərkən şəhid olmuş hərbçilərin təltif olunduğu medalların onların yaxınlarına təqdim olunması münasibəti ilə təltif edilmə mərasimi keçirilib. APA-nın məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, şəhid zabitlərin yaxınları, ailə üzvləri, Silahlı Qüvvələrinin zabitləri iştirak ediblər. Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Azərbaycan prezidentinin sərəncamı ilə ölümündən sonra təltif olunmuş Silahlı Qüvvələrin zabitləri Fikrət Məmmədov, İlqar Verdiyev, Elnur Cəfərov və Ceyhun Orucəliyevin həyat yolundan danışıb. Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev qeyd edib ki, təltif olunan hərbi qulluqçular döyüş fəaliyyətini yerinə yetirərkən şəhid olublar. K. Vəliyev şəhidlərin valideynlərinə və yaxınlarına müdafiə nazirinin başsağlığını çatdırıb. «Əmin ola bilərsiniz ki, şəhid olan hərbi qulluqçularımızın qanı yerdə qalmayıb. Bundan sonra da əvəzi birə on ödənəcək», - deyə general Vəliyev vurğulayıb. K. Vəliyev qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanının əmri ilə torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Daha sonra K. Vəliyev Fikrət Məmmədovun təltif olunduğu «İgidliyə görə» medalını onun həyat yoldaşına, İlqar Verdiyevin təltif olunduğu «Hərbi xidmətlərə görə» medalını oğluna, Elnur Cəfərovun təltif olunduğu «Hərbi xidmətlərə görə» medalını qardaşına, Ceyhun Orucəliyevin təltif olunduğu «Hərbi xidmətlərə görə» medalı isə atasına təqdim edib. Şəhid Ceyhun Orucəliyevin atası Pirəli Orucəliyev oğlunun Vətən yolunda şəhid olduğunu qeyd edib: «Bu Vətən hamımızındır. Mən fəxr edirəm ki oğlum Vətən yolunda şəhid olub. Gün o gün olsun ki, torpaqlarımız azad olunsun, o torpaqlarımızda Azərbaycanın bayrağını ucaldaq». Şəhid İlqar Verdiyevin atası Tapdıq Verdiyev şəhidlərin qəhrəmanlıqlarını dəyərləndirdiyi üçün prezident İlham Əliyevə və müdafiə nazirinə minnətdarlığını bildirib: «Şəhidlər heç zaman unudulmur və yaddan çıxmır. Arzu edirəm ki, torpaqlarımız işğaldan azad edilsin və bayrağımız əsgərlərimizin uğrunda savaşıb şəhid olduğu o torpaqlarda dalğalansın». ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol