• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvandakı “Göy məscid” necə “Fars məscidi” oldu? - FOTOLAR

İrəvandakı “Göy məscid” necə “Fars məscidi” oldu? - FOTOLAR
13.08.2014 22:45
İğdır Azərbaycan Evi Dərnəyinin başqanı Sərdar Ünsal: “Ermənistandakı türk izlərini silmək istəyən ermənilər bəzi məscidləri tövlə kimi istifadə etdiyi halda, bəzi məscidləri də fars məscidi kimi təqdim etməyə çalışır”İrəvanda yerləşən tarixi “Göy məscid”in adının dəyişdirilərək “Fars məscidi” adlandırılması xəbəri yayılıb. Bu barədə İğdır Azərbaycan Evi Dərnəyinin başqanı Sərdar Ünsal məlumat verib. Dərnək başqanı bildirib ki, 1765-ci ildə tikilmiş İrəvan Cümə məscidi və ya “Göy məscid”i ermənilər xarici qonaqlara fars məscidi kimi tanıdırlar. S.Ünsal bildirib ki, ermənilər məhz iranlıları narazı salmamaq üçün uçurmayıblar və eyni zamanda İslam Respublikasının məscidi təmir və bərpa etməsinə şərait yaradıblar: “Ancaq İrəvana gələn xaricilərə tarixi türk məscidini fars məscidi kimi təqdim etmək tarixi həqiqətlərin təhrif olunmasıdır” – deyə Ünsal əlavə edib.   S.Ünsal “Göy məscidin” farslaşdırılmasını tənqid edib. Sitat: “Göyü Məscid” 1760-cı illərdə Hüseynəli xan tərəfindən inşa etdirilib. Türk məscididir. Hər fürsətdə Ermənistandakı türk izlərini silmək istəyən ermənilər bəzi məscidləri tövlə kimi istifadə etdiyi halda, bəzi məscidləri də fars məscidi kimi təqdim etməyə çalışır. Biz isə ermənilər razı qalsın deyə Akdamar kilsəsini və başqa kilsələri təmir edib ibadət üçün açırıq. Ermənistanı bu mövqeyinə görə qınayıram”. Ermənilərin sentyabrda Vanda yerləşən Akdamar kilsəsinə gəlib ibadət edəcəklərini qeyd edən Sərdar Ünsal “biz də İrəvana gedib “Göy məscid”də namaz qılmaq istəyirik. Ermənistan xoşniyyətlidirsə, bizə bu icazəni versin” – deyib.Dərnək başqanı bildirib ki, İrəvan məscidi 1760-cı ildə Hüseynəli xan tərəfindən inşa edilib və 1765-ci ildə tikintisi başa çatıb. Onun sözlərinə görə, bu məscid barədə 1776-cı ildə şəhərdə olan səyyahların təsvirlərində gözəlliyinə görə şəhərin ən möhtəşəm abidəsi kimi təqdim etdikləri “Göy məscid” Şərq memarlığının nadir incilərindən sayılır. Erməni mənbələrinin bildirdiyinə görə, sovet hakimiyyəti qurulduqdan sonra 1930-cu illərdə İrəvandakı bütün məscidlərin sökülməsi ilə bağlı qərar verilir. Yalnız erməni şairi Yeğişe Çarensin ciddi cəhdlərindən sonra onun “Mavi brilliant” adlandırdığı “Göy məscid” dağıdılmaqdan xilas olur və 1936-cı ildə məsciddə İrəvan tarix Muzeyi yaradılır. II dünya müharibəsi zamanı isə məscid həm də silah anbarı kimi istifadə olunur. Müharibədən sonra məsciddə təbiət muzeyi, 1952-ci ildə isə kiçik namaz otağında astronomiya həvəskarları üçün planetarium fəaliyyət göstərir. SSRİ dağldıqdan sonra müsəlman ölkələri ilə əlaqə quran Ermənistan məscidi ibadət üçün açır və paralel olaraq 1991-ci ildə təbiət muzeyi, 1994-c üildə isə tarix muzeyi məsciddən çıxarılır. 1995-ci ildə isə İranla Ermənistan arasında əldə olunan razılaşmaya əsasən İran hökuməti məscidin yenidən təmir və bərpası xərclərini öz üzərinə götürür. 2006-cı ilə məscidin təmir və bərpa işləri başa çatıb. “Göy məscid” kompleksinin 24 metrlik minarəsi, 28 hücrəsi (kiçik otaq), kitabxanası, böyük zalı, minarəsi, minbəri yenidən bərpa edililərək istifadəyə verilib. Ancaq o da məlum olub ki, ermənilər məscidi “Fars camisi” kimi təqdim edirlər. (musavat.com)ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol