Baş nazirdən yeni - QƏRAR

"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları” təsdiqlənib.
Nazirlər Kabinetinin qərarı ilə sənədə əlavələr edilib.
Azərbaycanın müvafiq ali təhsil müəssisəsində beynəlxalq ikili diplom proqramının həyata keçirilməsinin maliyyələşdirilməsi məsələlərini tənzimləyir.
Beynəlxalq ikili diplom proqramının təşkili, həyata keçirilməsi Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), xarici və yerli hüquqi və fiziki şəxslərin vəsaitləri hesabına bu Qaydalarla müəyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir.
Beynəlxalq ikili diplom proqramının təşkili və həyata keçirilməsinin maliyyələşdirilməsi məsələləri Təhsil Nazirliyinin nəzdində yaradılmış Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən idarə olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























