• $
  • €
  • ₽
  • ₺
  • £

"Erkən yaşda qızlarımız dünyaya uşaq gətirirlər" - Elmira Süleymanova

"Erkən yaşda qızlarımız dünyaya uşaq gətirirlər" - Elmira Süleymanova
21.11.2019 11:12
Azərbaycanda uşaqların zorakılığa məruz qalmasının səbəblərindən biri də çoxsaylı boşanmalardır. Çünki belə ailələr arasında münaqişələr və kobud rəftarlar baş verir. Uşaqlar da bunu həm görür, həm də şiddətə məruz qalırlar".

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda deyib.

E.Süleymanova bildirib ki, ölkədə uşaqlara qarşı zorakılıq hallarının səbəbləri də məlumdur: "Səbəblərdən biri qaçqın və məcburi köçkün ailələrində valideyn himayəsinin daha zəif olmasıdır. Erkən nikahlar da bu səbəblərə aiddir. Digəri məişət zorakılığıdır ki, bu da dünyanı bürüyüb, bizdə də müşahidə olunur. Həmçinin mətbuatda, sosial şəbəkələrdə yayılan faktlar, uşaqlara qarşı zorakılığın ifrat dərəcədə göstərilməsi şübhəsiz ki, uşaqlara təsirsiz ötüşmür".

O qeyd edib ki, uşaqların belə zorakılıqlara məruz qalması psixoloji travma yaradır: "Bu, onların fiziki, əqli inkişafına mənfi təsir göstərir, onlarda güclü psixoloji stresslərə səbəb olur. Bundan başqa, bəzən erkən yaşda qızlarımız dünyaya uşaq gətirirlər. Belə faktlar az sayda olsa da, Azərbaycanda da müşahidə olunur. Belə körpələr də fiziki və ya əqli qüsurlu olur. Bunlar hamısı uşaqlara mənfi təsirini göstərir". (Report)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol