• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeganə Ədliyyə Ordu Generalı kimdir? - DOSYE

Azərbaycanda yeganə Ədliyyə Ordu Generalı kimdir? - DOSYE
29.05.2020 12:07
Azərbaycanın "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa görə, Silahlı Qüvvələrdə bu hərbi rütbələr müəyyən olunur: 

Əsgər (kursant), baş əsgər, kiçik çavuş, çavuş, baş çavuş, kiçik gizir, gizir, baş gizir, kiçik leytenant, leytenant, baş leytenant, kapitan, mayor, polkovnik-leytenant, polkovnik, general-mayor, general-leytenant, general-polkovnik, ordu generalı 
Hərbi Dəniz Qüvvələrində isə aşağıdakı həbi rütbələr müəyyən olunur: 

Matros (kursant), Baş matros, Kiçik çavuş, Çavuş, Baş çavuş, Kiçik miçman, Miçman, Baş miçman, Kiçik leytenant, Leytenant, Baş leytenant, Kapitan-leytenant, 3-cü dərəcəli kapitan, 2-ci dərəcəli kapitan, 1-ci dərəcəli kapitan, Kontr-admiral, Vitse-admiral, Admiral
Ordu generalı rütbəsi Azərbaycanda indiyədək heç bir hərbi qulluqçuya verilməyib. 

Ölkəmizdə ədliyyə sahəsində yalnız bir nəfər keçmiş baş prokuror Əli Ömərov həqiqi dövlət ədliyyə müşaviri (Ədliyyə Ordu Generalı) rütbəsi alıb. Ədliyyə Ordu Generalı rütbəsi daşıyan 72 yaşlı Əli Ömərov hazırda təqaüddədir. 

Ədliyyə Ordu Generalı rütbəsi alan Əli Ömərov kimdir?
Əli Ömər oğlu Ömərov 1947-ci ilin 10 sentyabr tarixində Ermənistan SSR-nin Ağbaba mahalının Amasiya rayonunun Göllü kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsini bitirib. 1966-1973-cü illərdə Ermənistan SSR Amasiya rayonunun Göllü kəndində orta məktəb müəllimi işləyib. 1973-cü ildə Sovet Ordusu sıralarına çağırılaraq Çita vilayətinin Dauriya hərbi prokurorluğunda hərbi müstəntiq vəzifəsini icra edib. 1974-cü ildə ordu sıralarından tərxis olunaraq, həmin ildən 1976-cı ilədək Amasiya rayonunun DİŞ-nin(Daxili İşlər Şöbəsi) müəssisədən kənar mühafizə şöbəsinin və xalq drujinası şöbəsinin rəisi vəzifələrində işləmişdir.

1976-cı ildə Azərbaycan Respublikasına köçərək DQMV(Dağlıq Qarabağ Muxtar Vilayəti) prokurorluğunda prokuror köməkçisi və baş müstəntiq vəzifələrində çalışmışdır.

1980-1983-cü illərdə Gəncə şəhər prokurorluğunun baş müstəntiq vəzifəsində çalışmışdır.
1983-1993-cü illərdə Gəncə şəhər nəqliyyat prokuroru işləyib.
Əli Ömərov 1992-ci ilin payızında Naxçıvan Ali Məclisinin sədri Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən cəsarətli 91 nəfər ziyalının sıralarında olan, o zaman tək və yeganə vəzifə sahibi və iqtidar üzvü idi.

1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin Deputatı seçilib, 1993-cü ildə Milli Məclisin üzvlüyünə qəbul olunub. Xocalı faciəsinə dair yaradılmış komissiyanın məsul katibi olub və faciənin törədilməsi, əmələ gəlməsi və nəticələri barədə əsas məruzəçi kimi çıxış etmişdir ki, bununla da Xocalı faciəsi birbaşa canlı yayımla bütün dünyaya bəyan edilmişdir.

Əli Ömərov 3 iyul 1993-cü il tarixində Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə təyin olunub. 8 oktyabr 1994-cü il tarixində öz ərizəsi ilə vəzifəsindən vaxtından əvvəl azad olunub. Əli Ömərov Azərbaycan Respublikasında prokurorluq orqanları yaranan gündən etibarən tək və yeganə Baş Prokurordur ki, fəaliyyətdə olan Daxili işlər naziri Vaqif Novruzov və Müdafiə naziri Məmmədrəfi Məmmədova qarşı cinayət işləri başladıb və onların vəzifələrindən uzaqlaşdırılmasına nail olub.

Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasına dair yaradılmış komissiyanın üzvü olub.
23 yanvar 1991-ci ildən etibarən Azərbaycan Milli Yaradıcılıq Akademiyasının Hüquq doktorudur.
9 noyabr 1993-cü il tarixindən etibarən nəinki Azərbaycanda, hətta bütün Qafqazda tək və yeganə Həqiqi Dövlət Ədliyyə Müşaviri (Ədliyyə Ordu Generalı) ali xüsusi rütbəyə malik şəxsdir.

1993-cü ildən etibarən Beynəlxalq İnterpol Bürosunun İcraiyyə Komitəsinin Həqiqi üzvüdür.
2010-cu ildə Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətinin təsisçilərindən biri olmuş və həmin ildən cəmiyyətin üzvüdür. 2015-2017-ci illərdə Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətinin dönəm sədri olub.

Beynəlxalq Prokurorlar Assosiasiyasının(International Association of Prosecutors) üzvüdür.
Evlidir. 2 oğlu, 1 qızı var.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol