Milli Məclis yeni Ombudsman seçəcək

Sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) namizədliyi məsələsi müzakirəyə çıxarılacaq.
Bu vəzifəyə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəməsindən 3 xanımın namizədliyi irəli sürülüb. Onlardan ikisinin adı məlumdur. Adları məlum olan namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyevadır.
Xatırladaq ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edir. E.Süleymanova 2002-ci ildən Ombudsmandır. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib. (reportt)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























