• $
  • €
  • ₽
  • ₺
  • £

Mirşahin Ata Abdullayevi müdafiə etdi

Mirşahin Ata Abdullayevi müdafiə etdi
25.11.2019 11:39
Jurnalist Mirşahin Ağayev müəllifi olduğu verilişdə bloger Ata Abdullayevin Ermənistanın baş naziri Paşinyanla dialoqundan söz açıb.

"Yeni Sabah” Real TV-yə istinadən həmin hissələri təqdim edir:
"Əcaib bir trenddən danışacam Sizə. Deməli, Azərbaycan dövlətinin üzərinə gedən, onun ən yüksək, ən ali şəxslərini təhqir etməkdən çəkinməyən internet səfilləri var da. Xaricdə, klaviatura arxasında oturublar. Bir təhqir maşını kimi işləyirlər. İndi sizə nədən danışım.

Günlərin bir günü bloqer Bəxtiyar Hacıyev və bloger Ata Abdullayev Ermənistanın Baş naziri Nikol Paşinyana sual vermək fürsəti qazanır. Biri Parisdə, o biri Milanda. Paşinyan sıravi azərbaycanlının intellekti və ağlı ilə toqquşur. Hər ikisində də məncə xəsarət alır. Həm Bəxtiyar, həm də Ata Paşinyana müxtəlif çəki dərəcələrində zərbələr vurur.

Mənim də bu brifinq diplomatiyasına öz baxışım var. Gələn dəfə bu barədə daha ətraflı danışarıq. Amma mən Paşinyana sual verməmiş və ya verə bilməmiş bir jurnalist kimi nə Ataya, nə də Bəxtiyara irad bildirəcəm. Fikrim var idi. hə. Amma daşındım. Bilirsiz niyə? Ona görə ki, bu adamlar hər ikisi Paşinyanın arxasına yox, üzünə danışıb. Bu gün sosial şəbəkələrdə Atanın və Bəxtiyarın üzərinə gedənlərin yadına başqa bloqerləri salmaq istərdim. Xaricdə Azərbaycan Bayrağı ətrafında min meymun hoqqası çıxaranları. Onların üzərinə gedin. İşin ən eybəcəri Azərbaycan Dövlətini təhqir etməkdən çəkinməyən qaçaqmal bloqerlərinin özlərinin də Ataya və Bəxtiyara hücum etməsidir. Atanın və Bəxtiyarın həndəvərindən çəkilin. Əvvəl Orduxanlara, Tural Sadiqlilərə, Osmanqızılara, Qənməti sənin sümüyü mənimlərə cavab verin. Ondan sonra danışarsız. Hər halda mən aqressiv bir xain bloqerin Azərbaycan Prezidentinin boş maşını üzərinə getməsi əvəzinə, Azərbaycanı sevən iki nəfərin Ermənistan üzərinə getməsini gördüyümə sevindim. İndi sosial şəbəkələrdə Atanı, Bəxtiyarı redaktə etməkdənsə nümunə arayın. Fikirləşin. Atadan, Bəxtiyardan daha yaxşı nəsə edin! Əks təqdirdə, Allah xətrinə rədd olun. Ata haqqında arıca bir neçə söz deyim. Adam Harvardı bitirməyib. Heç vaxt da xüsusi intellekti ilə seçilməyib. Azərbaycana qarşı bloqer təcavüzünə qarşı tək çıxıb. Ola bilər ki, nəyisə xətalı edib. Amma onu lənətləmək, linç etmək lazım deyil. Əminəm ki, bu saat Atanı söyənlər öz atasının söyülməsindən ehtiyatlanaraq anasının yanına qaçanlardır.

Buyurun, səngər var. Sevincə, Qənimətə, Turala və başqa tör-töküntülərə cavab verin. Əgər Bəxtiyar və Atanı bəyənmirsizsə. Mövqe krizisi var cəmiyyətdə. İki üzlü və riyakarlıq infeksiyası. Buyurun baxın. Gültəkin Hacıbəyli. Bizim eradan əvvəl və bizim erada.

Qoy bu çarx növbəti verilişimiz üçün də anons olsun. Qaragüruhun iflasının səbəblərini, əsas fəsadlarını, ölkənin yeni düşüncə, yeni təfəkkür opponentliyinə hamilə olmasını izah edəcəyik. Və sonda. Unutmayaq ki qeyrəti və qeyri ət-i cəmi bir hərf ayırır. Fərqi yoxdur bu ailə qeyrətidir, yoxsa dövlət. O hərfi itirməyək".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol