“Azərbaycanda pensiya yaşı yüksəkdir” - Deputat

"Azərbaycanda pensiyaya çıxmaq üçün yaş həddi yüksəkdir. Bu məsələdə ortaq məxrəcə gəlinməlidir”.
"Qafqazinfo” xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. O qeyd edib ki, Statistika Komitəsinin verdiyi rəqəmlər var: "Ancaq bu rəqəmlər BMT-nin verdiyi rəqəmlərlə fərqlidir. Biz qonşu ölkələrlə də müqayisə edə bilərik. Hesab edirəm ki, yaşlı insanların sosial yükünü dövlət üzərinə götürməyi bacarmalıdır. Biz pensiya yaşı məsələsində ortaq məxrəcə gəlməliyik”.
V. Əhmədov həmçinin Dost Mərkəzlərinin yaradılmasını sorğulayıb. O qeyd edib ki, ölkədə çox ciddi "Dost Mərkəzləri” yaradılır: "Əgər Azərbaycanda elektron hökumət sisteminə keçilirsə, niyə əlavə mərkəzlərin yaradılmasına gedirik? Yerlərdə nazirliyin fondları, məşğulluq mərkəzləri var. Əlavə mərkəzlərin yaradılması üçün dövlət büdcəsindən vəsait ayrılması nə qədər məqsədəuyğundur?!”- o deyə vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























