• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə-Ermənistan əlaqələrində dəyişikliklər olacaqmı?

Türkiyə-Ermənistan əlaqələrində dəyişikliklər olacaqmı?
13.08.2014 10:11
Türkiyədə prezident seçkilərində Rəcəb Tayyip Ərdoğanın seçilməsindən sonra erməni-türk əlaqələrində prinsipal dəyişiklik gözlənilmir. ANS PRESS-in məlumatına görə, bu barədə erməni KİV yazır.Bir çox erməni politoloqun bildirdiyinə görə, Ərdoğan “erməni məsələsi” və Ermənistana olan mövqeyini davam edəcək. Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitunun direktoru, türkoloq Ruben Safrastyan bildirir ki, “Ərdoğandan bu dönəmdə yalnız diaporla bağlı əlaqələrin genişlənməsi istiqamətində bir neçə taktiki gediş gözləmək olar. Lakin Türkiyənin bu sahədə prinsipial şəkildə yeni baxışını gözləmirəm”. Qondarma erməni soyqırımının 100 illiyinə gəldikdə isə türkoloq Ankaradan beynəlxalq ictimaiyyəti öz dili ilə desək, çaşdırmağa çalışacaq. Lakin türkoloq məhz bu münasibətlərdə və məsələyə baxışda Ermənistan rəhbərliyində də səhv görür. Onun fikrincə nəyinsə qəbul edilməsi üçün ilk öncə əlaqələri genişləndirməli, daha sonra ortada qalan problemlərin həllinə yönəlmək lazımdır. Safrastyan bildirib ki, bu məsələdə Ermənistan Türkiyənin çox üztünə gedir, bu isə əks tərəfdən yaxşı qəbul edilmir.“Bu seçkilər bizə onu göstərdi ki, Türkiyə öz siyasi xəttini davam edir və dəyişməyə ehtiyac duymur. Türkiyə bu dəfə də Suriyaya qarşı aqressiv siyasətini, Ermənistanla ləngitmələr və siyasi oyunlarını və əlbəttə ki, Azərbaycanla xoş qonşuluq əlaqələrini davam edəcək”- deyə digər bir türkoloq Gevorq Petrosyan bildirir.Lakin bu şərhdə də erməni xülyası yer alır. Belə ki, Safrastyan düşünür ki, əgər Türkiyənin maraqlarına cavab verərsə, Ərdoğan “soyqırım”ın 100 illiyinə dəvəti qəbul edə bilər.Petrosyan bildirir ki, “Türkiyə 2015-ci ilin gərginliyini azaltmaq niyyəti ilə dünyaya göstərməyə çalışacaq ki, Ermənistanla əlaqələrini düzəltməyə çalışır. Lakin sərhədin açılmasına qaldıqda isə bu ən yaxşı halda hansısa bir keçid məntəqəsinin və ya dəmir yolunun açılması ola bilər. Lakin mən inanmıram ki, bu hərtərəfli diplomatik əlaqələrin qurulmasına yol aça”.Xatırladaq ki, Türkiyə 1991-ci ildə Ermənistan Respublikasını rəsmi qəbul edib, lakin o dönəmdən bəri diplomatik əlaqələrin qurulmasından imtina edir.Daha sonra 1993-cü ildə isə birtərəfli şəkildə Türkiyə hava və quru sərhədlərini Ermənistanın üzünə bağlayıb. Hava sərhəddi 1995-ci ildə açılsada, quru sərhədlərinin açılması üçün Türkiyə Ermənistandan, Azərbaycanın işğal altında olan torpaqlarının qaytarılmasını və “erməni soyqırımının” beynəlxalq tanınmasından imtina etməsini tələb edib.2008-ci ildə Beynəlxaql təzyiq altında qəbul edilən ikitərəfli əlaqələrin inkişafı protolu isə Ermənistanın "soyqırım" və "Dağlıq Qarabağ" məsələsində tərsliyi ucbatından yenidən kağız üzərində qalıb. Emənistan rahbərliyinin işğalçı siyasətindən əl çəkməməsi onu bir çox regional iqtisadi layihələrdən kənar qoyub və bu onsuz da kasıb olan ölkə daxilində birmənalı qarşılanmır.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol