• $
  • €
  • ₽
  • ₺
  • £

“Mənə və ailəmə qarşı böhtan yazıları...” – Abel Məhərrəmov

“Mənə və ailəmə qarşı böhtan yazıları...” – Abel Məhərrəmov
26.11.2019 13:18
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin Sərəncamı ilə 2-ci dərəcəli "Əmək” ordeni ilə təltif olunmasından danışıb.

Anews.az xəbər verir ki, A.Məhərrəmov Demokrat.az-a açıqlamasında Prezident İlham Əliyevə təşəkkürünü bildirib: "Mükafatı gözləməzlər. Amma çox sağ olsun ki, cənab Prezident bizə bu qiyməti verir. Allah ondan razı olsun ki, bizi yaddan çıxartmayıb. Bu, bizə qarşı böyük diqqət və hörmətdir”. 

Sabiq rektor qeyd edib ki, sözügedən sərəncam bir daha ölkə başçısının ona olan diqqət və qayğısını göstərir: "Mənə və ailəmə qarşı böhtan yazıları artıq dayanıb. Həqiqətən dövlətimiz tərəfindən bizə qarşı heç bir mənfi münasibət də yox idi. Vəzifəyə təyin olunanda da, çıxarılanda da Prezidentin sərəncamı ilə olur. Prezidentin sərəncamı ilə işə qoyulanda yaxşı olur, çıxarılanda pis? Bu yanaşma doğru deyil. Məsələlərə obyektiv yanaşmaq lazımdır. Bəzən gözü götürməyən insanlar elə düşünürlər ki, onlar qarayxama kampaniyası aparmaqla nəyəsə nail ola bilərlər.
 
Həqiqətdə isə bu, baş vermədi. Cənab Prezidentin mənimlə bağlı sərəncamında da bu barədə heç nə yazılmamışdı. Hər halda qanunsuz fəaliyyətim olsaydı, dövlət başçımız tərəfindən mənə diqqət göstərilməzdi”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol