• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı və erməni jurnalistlərin səfərinin məxfi saxlanılmasının səbəbi açıqlandı

Azərbaycanlı və erməni jurnalistlərin səfərinin məxfi saxlanılmasının səbəbi açıqlandı
26.11.2019 14:55
Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərinin tarixi və səfərdə iştirak edən jurnalistlərin kimliyi barədə ictimaiyyətə əvvəlcədən məlumat verilməməsinin səbəbi açıqlanıb.

Qaynarinfo xəbər verir ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev bildirib ki, səfər müvafiq razılaşma əsasında həyata keçirildiyinə görə bununla bağlı məlumatlar əvvəlcədən açıqlanmayıb.

"Biz daim erməni icmasına konstruktiv dialoqlar aparmaq üçün müraciətlər etmişik. Biz hər zaman bu kimi səfərlərə və dialoqlara hazır olmuşuq. Hər zaman da bunu dəstəkləmişik. Həmişə mesajlarımızı qarşı tərəfə göndərmişik. Mənim mətbuatdan izlədiyimə görə, ora səfər edən jurnalistlərimiz hər hansı problemlə qarşılaşmayıblar. Çünki orada görüşlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təhülkəsizlik təminatı çərçivəsində həyata keçirilib. Jurnalistlərimiz ATƏT-in müvafiq nəqliyyat vasitələri ilə hərəkət ediblər”, - icma sədri bildirib.

Qeyd edək ki, noyabrın 17-21də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfindən iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub. Səfər çərçivəsində Azərbaycan jurnalistləri Ermənistanda, eləcə də Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar. Eyni zamanda, erməni jurnalistləri azərbaycanlı həmkarları, QHT nümayəndələri, akademik dairələr, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması ilə görüşüblər. Azərbaycanda olarkən erməni jurnalistləri, habelə müsəlman, xristian və yəhudi dini ziyarətgahlarına baş çəkiblər.

Azərbaycandan Ermənistana və Dağlıq Qarabağa "Trend” İnformasiya Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1nyus.az saytının müxbiri Elşən Rüstəmov və "Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Elçiyev getmişdi. Ermənistandan Azərbaycana "Şant” telekanalanın əməkdaşı Artyom Yerekyan, "Mediamaks” İnformasiya Agentliyinin baş redaktoru David Alaverdiyan və Dağlıq Qarabağdakı separatçı rejimin "İctimai TV”sinin əməkdaşı Edqar Elbakyan gəlmişdi. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol