• $
  • €
  • ₽
  • ₺
  • £

Dəbdəbəli villaları ilə gündəmə gələn məmurlar

Dəbdəbəli villaları ilə gündəmə gələn məmurlar
29.05.2020 00:04
Bibiheybət yolunun çökməsindən sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agnetliyinin (AAYDA) rəhbəri Saleh Məmmədov Nabrandakı villası ilə gündəmə gəldi. Bəs bu günə qədər başqa hansı məmurlar dəbdəbəli villaları ilə gündəmə gəlib? 

"Yeni Sabah” bununla bağlı apardığı araşdırmanın nəticəsini təqdim edir. 

İnternet aparılan araşdırmadan bəlli olub ki, bu mövzu ilə daha çox gündəmə gələn məmur Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur. 
Mediada vaxtaşırı nazirin Azərbaycandakı və xaricdəki villaları ilə barədə materiallar dərc edilir. Sonuncu dəfə tirajlanan materialda Kəmaləddin Heydərovun Qəbələ və Şüvəlandakı villalarından bəhs edilib. Həmin villaların fotoları da materiala əlavə olunub. İddialara görə, Kəmaləddin Heydərovun Qəbələdəki villası dağlarda yerləşir. Dəbdəbəli villa 15-20 milyon manat civarında  qiymətləndirilir. 

Şüvəlandakı villaya gəlincə, bu mülk Mayak deyilən ərazidə yerləşir. Ərazinin bir hissəsi dəniz sahəsinə düşür. Nazirin mütəmadi olaraq dincəlmək üçün, sözügedən ərazidə saxladığı yaxta ilə dəniz səyahətinə çıxdığı iddia olunur.

Villası ilə gündəmə gələn məmurlardan biri də "Azərsu" ASC-nin prezidenti Qorxmaz Hüseynovdur. Ona məхsus olan villa Nərimanov rayonu ərazisində yerləşir.

Evin ümumi dəyərinin 5 milyon dollardan çox olduğu deyilir. 9 mərtəbəli binaların yaхınlığında yerləqən villa 3 mərtəbəli olsa da, 5 mərtəbəli binalar hündürlüyündədir. Qorхmaz Hüseynov imarətinin tikintisi üçün böyük bir ərazini zəbt edib.

Məlumatda bildirilir ki, bu Qorxmaz Hüseynova məхsus yeganə villa deyil. Belə ki, onun bir neçə yerdə bahalı villalarının olduğu bildirilir. 
Dəbdəbəli villaları ilə gündəmə gələn daha bir məmur Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovdur. Bir neçə il əvvəl Ramiz Zeynalovun biznes imperiyası barədə yayılan materiallarda onun villalarına xüsusi yer ayrılmışdı. İddia edilirdi ki, generalın villaları rayonlarda, əsasən də Tovuz rayonundadır. Həmin vaxt Tovuzun icra başçısı Ramiz Zeynalovun qardaşı Tofiq Zeynalov idi.

Melorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadə isə bir neçə il əvvəl qardaşının villası ilə gündəmə gəlib.  Həmin vaxt mətbuatda yayılan məlumatlara görə, Əhməd Əhmədzadənin qardaşı Mübariz Əhmədzadə Zaqatalada 1 hektarlıq ərazidə özünə 5 milyon manata villa tikdirir. İddia olunurdu ki, Mübariz Əhmədzadə villanın inşası üçün italyan memarı ilə müqavilə imzalayıb və 200.000 avro dəyərində layihə hazırlanıb. İşi isə Bakıdakı ən məşhur firmalardan biri aparıb. İddia olunurdu ki, villanın təkcə pəncərəsi 150 min manatdır. Pəncərənin gülləkeçirməz olduğu da məlumatda yer almışdı.

Azərbaycanda yüksək vəzifədə olanların demək olar ki, hamısının dəbdəbəli villaları var. Bu yazıda biz yalnız villası ilə gündəmə gələnləri təqdim etdik. Yəni elə anlaşılmasın ki, məmurlardan yalnız bu yazıda adı qeyd olunanların villası var. 

Ziya Məmmədov, Səlim Müslümov, Eldar Mahmudov və digər sabiq məmurlar da vaxtaşırı dəbdəbəli villaları ilə gündəmə gəliblər. Onlar artıq vəzifədə olmadıqlarına görə, üzərlərində xüsusi dayanmağa ehtiyac görmədik.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol